Mobil versiya
Bakıda ögey qardaşları güllələyən şəxs tutuldu
Tarix: 19-11-2018 | Saat: 14:30
Bölmə:Cəmiyyət | çapa göndər

Bakıda ögey qardaşları güllələyən şəxs tutuldu



Bakıda ögey qardaşları güllələyən şəxs tutulub.

DİN-dən aia.az-a verilən məlumata görə, noyabrın 17-də Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində yerləşən pansionatın qarşısından orada yaşayan Sərvər Quliyev güllə xəsarəti, ögey qardaşı, əvvəllər məhkum olunmuş Anar Hüseynov isə alın nahiyəsinin əzilmiş xəsarətləri ilə xəstəxanaya gətiriliblər.

S.Quliyevin vəziyyəti orta ağırdır, A.Hüseynova ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində adam öldürməyə cəhddə şübhəli bilinən qəsəbə sakini Qorxmaz Əliyev saxlanılmış, cinayəti törədərkən istifadə etdiyi, kustar üsulla hazırlanmış “Naqan” tipli tapança götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024