Mobil versiya
Tədris Cərrahiyyə Klinikasında “Kosmetoloji Mərkəz” yaradıldı
Tarix: 19-11-2018 | Saat: 12:45
Bölmə:Səhiyyə | çapa göndər

Tədris Cərrahiyyə Klinikasında “Kosmetoloji Mərkəz” yaradıldı


Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının Plastik və Estetik Cərrahiyyə şöbəsi nəzdində “Kosmetoloji Mərkəz” yaradıldı.


aia.az xəbər verir ki, ATU-nun Tədris Cərrahiyyə Klinikasının kosmetoloq həkimi Nərgiz Səfərova şöbədə göstərilən xidmətlər haqqında məlumat verib. Onun sözlərinə görə, şöbədə kosmetoloji mərkəzin xidmətlərinə ciddi ehtiyac olub.

N.Səfərova bildirir ki, Kosmetoloji mərkəzdə cərrahiyyə üsulu olmadan saç əkilməsi, qaş əkilməsi, xoruldamanın «Fotona» lazer aparatı ilə müalicəsi həyata keçirilir. Bundan əlavə, burada vaqinoplastika, lazerlə intim cavanlaşma, lipofilling, liposaksiya, inmode texnika, piy toxumalarının lazerlə götürülməsi kimi prosedurlar icra olunur.

Mərkəzdə əhalini daha çox narahat edən məsələlər - çapıqların müalicəsi, qoltuqaltı tərləmənin müalicəsi, genişlənmiş kapilyarların lazerlə ləğvi, dırnaq göbələyinin lazerlə müalicəsi, bədən və üz dolğuları və əməliyyat olmadan saplarla üzün gərilməsi kimi populyar prosedurlar icra olunur.

N.Səfərova qeyd edir ki, hazırda Azərbaycanda yalnız Tədris Cərrahiyyə Klinikasında “İnmode” texnikası təqdim olunur. İstifadəsi çox rahat olan bu avadanlıq sayəsində prosedurlardan sonra heç bir fəsad yaranmır. İynəli frakzional lazerdən ibarət olan bu texnika ilə qoltuqaltı tərləmələri mülaicə olunur.

Kosmetoloji Mərkəzdə prosedurlar Türkiyədə və Sloveniyada müvafiq kurslardan keçən yüksək ixtisaslı mütəxəssislərin nəzarəti altında aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024