Mobil versiya
Yevlaxda 17 yaşlı qız mütəşəkkil dəstə tərəfindən oğurlandı
Tarix: 15-11-2018 | Saat: 17:40
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Yevlaxda 17 yaşlı qız mütəşəkkil dəstə tərəfindən oğurlandı



Yevlaxda qız qaçıranlara qarşı cinayət işi başlanıb.

Trend-in məlumatına görə, Yevlax rayon sakinləri Zamanov İlham Mehman oğlu qardaşları Zamanov Elsevər Mehman oğlu, Zamanov Elzamin Mehman oğlu və qardaşı arvadı Qabilova Elnarə Şahin qızı ilə birlikdə noyabrın 3-də 2001-ci il təvəllüdlü Quliyeva Sibel Mahir qızını evlənmək məqsədi ilə yaşadığı Yevlax rayon Boşçalı kəndində nənəsinin evindən oğurlayıblar.

Onlar S.Quliyevanı avtomobilə məcburi mindirərək rayonun Hürüuşağı kəndinə aparıblar. Daha sonra dəstə üzvləri S.Quliyevanı qohumları Tural Muxtarovun avtomobili ilə Goranboy rayonuna qaçırmaqla 9-dək digər qohumları Elşən Ağalarovun evində saxlayıblar.

Faktla bağlı Yevlax rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 144.2.3-cü (Adam oğurluğu, mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsilə cinayət işi başlanıb,

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024