“Bakı Metropoliteni” deputatın iradına CAVAB VERDİ
Tarix: 15-11-2018, 11:06 | Saat: 15:47:00
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Bakı Metropoliteni” deputatın iradına CAVAB VERDİ



Parlamentin noyabrın 14-də keçirilən iclasında deputat Fazil Mustafa paytaxt sakinlərini narahat edən məsələlərdən birinə toxunub. Parlamentari metrodakı havalandırma sisteminin normal işləməməsinə diqqət çəkərək, problemin aradan qaldırılması çağırışını edib:


“İnsanlar metroda insanlar havalandırma problemindən əziyyət çəkirlər. Problemi 1 milyon insan metroda havasızlıqdan boğulandan sonra həll edəcəklər? Bu problem varsa, həllini də tapmalıdır”.



Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Modern.az-ın sorğusuna cavab olaraq, deputatın iradından xəbərdar olduqlarını vurğulayıb:

“Hazırda “Bakı Metropoliteni”ndə sistemli tədbirlər görülür. İlk növbədə istismar müddətini başa vurmuş ventilyatorların dəyişdirilməsi prosesi aparılır. İkinci və vacib qərarlardan biri ventilyatorların iş qrafikilə bağlıdır. Belə ki, əvvəllər ildə iki dəfə qrafik dəyişirdi-yay və qış qrafikləri. Bunun analoqu şəhərdə tətbiq edilən isitmə sistemi idi. Artıq fəsil prinsipinə keçilib və hər fəslin öz qrafiki var”.



Metropoliten rəsmisi bildirib ki, bu, ventilyatorların qrafikilə bağlı son tədbir deyil:


“Mütəmadi olaraq monitorinqlər aparılır. Hər günün mikroiqlim şəraiti öyrənilir.

Bu həm də gələcəkdə hər fəslə görə ventilyatorların iş rejimini daha səmərəli etmək, həm də lazım gələrsə, qrafikə uyğun yeniliklər üçündür.

Ümumiyyətlə, metropolitenin mikroiqlim laboratoriyası var və onun maddi texniki bazası ən müasir standartlar səviyyəsinə çatdırılıb.

Bu da monitorinqlərin keyfiyyətlə aparılaraq, doğru nəticələr əldə edilməsinə kömək edir. Hazırda hər stansiyanın 15-20 nöqtəsində ölçmələr aparılır, arxivləşdirilir, müqayisəli təhlil edilir.

Məsələn, bəzi ölçmələri deyim. Oksigenin və müxtəlif qazların, rütubətin, hava axınının və sürətinin öyrənilməsi, hərarət göstəriciləri və s. taç spektrdə yoxlamalar aparılması. Bu da bizə imkan verir ki, hava axınını düzgün istiqamətləndirək, havalandırma qurğularının imkanlarından konstruktiv istifadə edək. Bundan başqa, təbii hava axını sirkulyasiyası da öyrənilir və bu imkanlara da artıq ciddi yanaşılmaqla tədbirlərin görülməsinə başlanılıb. Bununla yanaşı, bu sistemin avtomatlaşdırılması və s. ilə bağlı müasir tələblər öyrənilir, bu istiqamətdə addımlar atılır”.


B.Məmmədov deyib ki, hazırda istifadədə olan vaqonların kondisionerləşdirilməsi qeyri-mümkündür:


“Əsas sərnişin kütləsinin istifadə etdiyi iki xətt –Yaşıl və Qırmızının stansiyaları 5 vaqonluq qatarlar üçün nəzərdə tutulub və vaqon sayının artırılması real deyil. Eyni zamanda, vaqonların kondisionerləşdirilməsi də praktiki cəhətdən qeyri-mümkündür. Bunu istehsalçı müəssisənin layihə-konstkruktiv və digər müvafiq mütəxəssisləri də təsdiq edirlər. Çünki bu sistemlərin qurulması faktiki vaqon istehsalına bərabər bir prosesdir. Bunu hətta avtomobildə də etmək çətin prosesdirsə, ondan dəfələrlə mürəkkəb bir konstruksiyaya malik vaqonlarda bu sisteçlərin tətbiqi barədə söz açmağa dəyməz.

Lakin metropolitendə istismar müddətini başa vurmuş vaqonlar yoxdur və belə vaqonların istismarına da icazə verilmir.

Ona görə istismar müddəti başa çatan vaqonlar mütləq qaydada xətdən çıxarılır və təbii ki, yerinə təzəsi alınır. Hazırda 25 müasir tipli vaqonumuz var və gələcəkdə alınacaq vaqonlar da bu nəsildən olacaq”.

aia.azшаблоны для dle 11.2



559 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə

14-12-2018
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
{sape_links}{sape_article}