Azay Quliyev Kiyevdəki beynəlxalq konfransda çıxış edəcək
Tarix: 14-11-2018, 15:41 | Saat: 15:47:00
Bölmə:Siyasət | çapa göndər

Azay Quliyev Kiyevdəki beynəlxalq konfransda çıxış edəcək



Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev noyabrın 15-də Ukraynanın paytaxtı Kiyevə səfər edəcək. Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin mətbuat xidməti məlumat yayıb.
Millət vəkili Ukrayna Parlamentində keçiriləcək “Qlobal təşəbbüsləri dəstəkləyən parlamentarilər” təşkilatının 40-cı illik forumunda və Beynəlxalq Cinayət Məhkəməsi və Qanunun aliliyinə dair Parlamentarilərin 10-cu Konsultativ Assambleyasında iştirak edəcək.

Tədbirlərdə qanunvericilik və məhkəmə sistemi sahəsində hazırkı vəziyyət və gələcək islahatlarla bağlı Roma Statutunun rolu, həmçinin müharibə cinayətlərinin milli və beynəlxalq səviyyədə qarşısının alınması, bu məsələlərdə Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasının artırılması imkanları müzakirə olunacaq.

Azay Quliyev “Beynəlxalq qanunun aliliyinin təmin olunması istiqamətində addımların atılması: Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun universal ratifikasiyası üçün çağırışlar və imkanlar” mövzusuna həsr edilmiş paneldə Roma Statutu ilə bağlı çıxış edəcək.

Səfər noyabrın 18-də başa çatacaq.

aia.azшаблоны для dle 11.2



5204 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə

15-02-2019
«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 
{sape_links}{sape_article}