Azərbaycanda məşğul əhalinin əsas iş yeri bu sahədir - RƏSMİ
Tarix: 14-11-2018, 13:57 | Saat: 15:47:00
Bölmə:Karusel / Ölkə | çapa göndər

Azərbaycanda məşğul əhalinin əsas iş yeri bu sahədir - RƏSMİ


Rəsmi məşğulluğun həm işçilər, həm də işəgötürənlər üçün daha cəlbedici olması vergi sistemi və digər iqtisadi mexanizmlər vasitəsilə tənzimlənəcək.

Modern.az xəbər verir ki, bunu Dövlət Məşğulluq Xidmətinin şöbə müdiri İsa Həsənov bildirib.

İ.Həsənov qeyd edib ki, ölkədə əmək ehtiyatlarından səmərəli istifadə, əhalinin məşğulluq və sahibkarlıq imkanlarının genişləndirilməsi, layiqli əməyin dəstəklənməsi, işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması dövlətin diqqət mərkəzindədir:

“Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş «2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası»nda işsizlik səviyyəsinin minimuma endirilməsi, əmək bazarının sağlamlaşdırılması üçün strateji hədəflər müəyyənləşdirilib. Strategiyanın həyata keçirilməsi üzrə əlaqələndirici orqan - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aidiyyəti dövlət qurumları ilə birlikdə üç ay müddətində 2019-2025-ci illər üçün Tədbirlər Planının layihəsini hazırlayıb Prezidentə təqdim etməlidir.

2019-2030-cu illəri əhatə edən Məşğulluq Strategiyası 2006-2015-ci illəri əhatə edən eyni məqsədli tədbirlərin davamıdır. 2017-ci ildə əmək münasibətlərinin tənzimlənməsi, xüsusilə də qeyri-rəsmi məşğulluğun aradan qalıdırılması ilə bağlı Nazirlər Kabinetinin nəzdində Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası yaradılıb. Baş nazirin müavini Əli Əhmədovun sədrlik etdiyi həmin komissiyada bu işlə birbaşa məşğul olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi ilə yanaşı, iqtisadiyyat naziri, vergilər naziri, sahibkarlıqla əlaqəli dövlət və ictimai təşkilatların rəhbərləri də təmsil olunur. Bundan başqa, artıq Azərbaycanda «İşsizlikdən sığorta haqqında», eləcə də «Məşğulluq haqqında» ayrıca qanunlar qəbul edilib. Həmin qanunlarda əmək bazarı və məşğulluqla bağlı yeni anlayışlar təsdiq olunub ki, bunlar 2019-2030-cu illəri əhatə edən Məşğulluq Strategiyası qarşısında yeni hədəflər qoyur və bu hədəflərə çatmaq daha çevik və müasir yanaşmalar tələb edir.

İndiyədək görülmüş işlər təhlil olunaraq, mövcud durum araşdırılıb və bunun əsasında yeni Məşğulluq Strategiyasının əsas hədəf və məqsədləri müəyyən edilib. Burada xüsusi önəm daşıyan hədəflərdən biri layiqli əməyin dəstəklənməsidir. Yəni məşğulluq siyasəti ekstensiv mərhələdən intensiv mərhələyə keçidi təmin etməlidir: bu da kəmiyyətdən daha çox keyfiyyətə üstünlük verilməsi deməkdir. Strategiyanın əsas məqsədi insanları daha çox layiqli əməklə təmin etmək, onların iş şəraitini yaxşılaşdırmaq və əməyinin səviyyəsinə uyğun əməkhaqqı ilə təminatına imkan yaratmaqdır”.



Nazirlik rəsmisi deyib ki, hazırda Azərbaycanda məşğul əhalinin böyük hissəsi kənd təsərrüfatı sektorunda sərbəst məşğul əhali kimi fəaliyyət göstərir:

“Ölkə əhalisinin təxminən 48 faizi kənd təsərrüfatından kənar fəaliyyətlə məşğul olur. Məşğulluq Strategiyasında qarşıya bu göstəricini 80 faizə qədər yüksəltmək məqsədi qoyulub. Bundan əlavə, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı ayrıca qanun qəbul olunub”.



Şöbə müdirinin sözlərinə görə, qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı bir sıra tədbirlər nəzərdə tutulub:

“Xüsusən də işəgötürənlərlə qeyri-rəsmi qaydada çalışan işçilər arasında daha çox sosial dialoqun qurulması, onların qeyri-formal məşğulluqdan formal məşğulluğa keçidini təmin etmək üçün motivasiyanın yaradılması planlaşdırılır. Rəsmi məşğulluğun həm işçilər, həm də işəgötürənlər üçün daha cəlbedici olması vergi sistemi və digər iqtisadi mexanizmlər vasitəsilə tənzimlənəcək ki, bu da müəyyən dövrdən sonra öz bəhrəsini verməlidir. Bu hədəfə nail olmaq üçün ən çox əmək bazarının monitorinqi və proqnozlaşdırma sisteminin inkişaf etdirilməsi ilə bağlı məsələlər diqqət mərkəzində olacaq. Ölkə Prezidenti artıq abservatoriyanın yaradılması, yəni əmək bazarının öyrənilməsi ilə bağlı müvafiq sərəncam imzalayıb. Əmək resurslarının öyrənilməsi həmin abservatoriya vasitəsilə həyata keçiriləcək, ümumi koordinasiya olunacaq. Monitorinq-pronozlaşdırma sistemi vasitəsilə respublikada əmək resursları, gələcək tələbatla bağlı məlumatlar emal olunaraq müvafiq qurumlara təqdim ediləcək. Bu sırada əsas hədəflərdən biri 2030-cu ilədək ümumi iqtisadiyyatda çalışanların sayının 80 faizə çatdırılmasıdır. Bu müddət ərzində ümumi işsizlik səviyyəsi 4 faizə enməlidir. Hazırda qadınlar və gənclər arasında işsizlik səviyyəsi yüksək olduğu üçün bu məsələyə daha çox önəm veriləcək”.

aia.azшаблоны для dle 11.2



5222 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə

14-12-2018
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
{sape_links}{sape_article}