Mobil versiya
“Eurovision-2019” müsabiqəsində 42 ölkə iştirak edəcək
Tarix: 09-11-2018 | Saat: 13:22
Bölmə:Aia TV | çapa göndər

“Eurovision-2019” müsabiqəsində 42 ölkə iştirak edəcək

Gələn il İsrailin paytaxtı Təl-Əvivdə keçiriləcək "Eurovision-2019” mahnı müsabiqəsində 42 ölkə iştirak edəcək.

aia.az müsabiqənin rəsmi saytına istinadla xəbər verir ki, yarışmanın yarımfinalları mayın 14-də və 16-da, final isə mayın 18-də baş tutacaq.

"Eurovision-2019” mahnı müsabiqəsinin şüarı "Dare to Dream” ("Arzularına sərbəstlik ver”) olacaq. İsrail bu müsabiqəyə ev sahibliyi etmək hüququnu "Eurovision-2018” müsabiqəsində müğənni Netta Barzilayın qələbəsindən sonra qazanıb.

Mahnı müsabiqəsində ölkəmizlə yanaşı, Albaniya, Avstraliya, Avstriya, Belarus, Belçika, Ermənistan, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Makedoniya, Almaniya, Gürcüstan, Yunanıstan, Macarıstan, İslandiya, İrlandiya, İsrail, İtaliya, Latviya, Litva, Malta, Moldova, Monteneqro, Hollandiya, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, San-Marino, Serbiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Ukrayna və Böyük Britaniya iştirak edəcək.

Xatırladaq ki, "Eurovision-2019” müsabiqəsində Azərbaycanın da iştirakı sentyabrın 18-də elan olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024