“Qarabağ” Ukraynadan qələbə ilə dönür - YENİLƏNİB
Tarix: 9-11-2018, 10:30 | Saat: 15:47:00
Bölmə:Manşet / İdman | çapa göndər

“Qarabağ” Ukraynadan qələbə ilə dönür - YENİLƏNİB


"Qarabağ” – "Vorskla” oyununun 50-ci dəqiqəsində yerli azarkeşlər meydana pirotexniki vasitələr atıb. Bu səbəbdən hakimlər görüşü bir neçə dəqiqəlik dayandırmaq məcburiyyətində qalıb. Oyun bir neçə dəqiqədən sonra davam etdirilsə də, 64-cü dəqiqədə yenidən meydana pirotexniki vasitələr atılıb. Bu dəfə hakim futbolçuları paltardəyişmə otaqlarına yollayıb. Stadiondan tüstü çəkildikdən sonra komandalar meydana qayıdıblar.

İtirilən vaxta görə, hakimlər ikinci hissəyə 12 dəqiqə əlavə edib.

Oyun "Qarabağ”ın 0:1 hesablı üstünlüyü ilə başa çatıb. Bununla da "Qarabağ” qrupda ilk 3 xalını qazanıb.

00:13

Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində "Qarabağ” – "Vorskla” görüşü başlayıb.Modern.azxəbər verir ki, Aleksey Butovski adına stadionda keçirilən qarşılaşmanın 13-cü dəqiqəsində hesab açılıb. Rəqibin cərimə meydançasında qapıçının Maksim Medvedevə qarşı kobud oyununu hakim penalti ilə cəzalandırıb.

Penaltini dəqiq yerinə yetirən "Qarabağ”ın oyunçusu Araz Abdullayev Avropa Liqasının bu mövsümündə komandasının ilk qolunu vurub: 0:1

aia.azшаблоны для dle 11.2



530 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2018
14-11-2018
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
{sape_links}{sape_article}