Mobil versiya
İlham Əliyev idmançıları mükafatlandırdı - 1-ci yer 50 min...
Tarix: 08-09-2017 | Saat: 23:48
Bölmə:İdman / Karusel | çapa göndər

İlham Əliyev idmançıları mükafatlandırdı - 1-ci yer 50 min...









Prezident İlham Əliyev Çin Xalq Respublikasının Taypey şəhərində keçirilən Tələbələrin XXIX Ümumdünya Yay Universiadasında Azərbaycan idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam verib.

Aia.az xəbər verir ki, sərəncamda deyilir:

1. Çin Xalq Respublikasının Taypey şəhərində keçirilən Tələbələrin XXIX Ümumdünya Yay Universiadasında yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilsin:

1.1. birinci yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat;

1.2. ikinci yeri tutan hər bir idmançıya 30 min manat, onun məşqçisinə 15 min manat;

1.3. üçüncü yeri tutan hər bir idmançıya 20 min manat, onun məşqçisinə 10 min manat;

1.4. komandanın baş məşqçisinə idman növü üzrə ən yüksək nailiyyət göstərmiş idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024