Mobil versiya
Roman Qriqorçuk ilin ən yaxşı "üçlüy"ündə
Tarix: 29-12-2016 | Saat: 15:33
Bölmə:İdman | çapa göndər

Roman Qriqorçuk ilin ən yaxşı "üçlüy"ündə




Ukraynada ölkənin 5 ən güclü baş məşqçisinin adı açıqlanıb.

aia.az qafqazinfo-ya istinadən xəbər verir ki, siyahıda 3-cü pilləsində "Qəbələ"nin çalışdırıcısı Roman Qriqorçukdur.

Siyahının ilk pilləsində "Zarya"nın çalışdırıcısı Vitali Vernidubdur. Vernidubun komandası ötən mövsüm Ukrayna çempionatını 3-cü yerdə tamamlayıb. Bundan əlavə, ölkə kubokunun gümüşü mükafatçısı olan "Zarya" Avropa Liqasının qrup mərhələsində də çıxış edib.

2-ci yerdə isə Ukrayna yığmasının çalışdırıcsı Andrey Şevçenkodur. Avropa çempionatından sonra millinin sükanı arxasına keçən Şevçenkonun rəhbərliyi altında Ukrayna daha yaxşı oyun nümayiş etdirməyə başlayıb.

3-cü yerdə isə "Qəbələ"nin çalışdırıcısı Roman Qriqorçukdur. Mütəxəssisn rəhbərlik etdiyi "qırmızı-qaralar" ardıcıl 2-ci dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Düzdür, onlar bu il qrupda xal qazana bilmədilər. Amma bu, Qriqorçukun komandasının uğursuz çıxış etməsi demək deyil. Onlar qrupa düşmək üçün "Lill" kimi komandanı məğlub ediblər. Onu da unutmayaq ki, "Qəbələ" Azərbaycan Premyer Liqasında çempionluq uğrunda mübarizə aparır və "Qarabağ"dan 1 xal geri qalaraq 2-ci yerdə qərarlaşıb.

"Aleksandriya"nın baş məşqçisi Vladimir Şaran 4-cü, "Çernomorets"in çalışdırıcısı Aleksandr Babiç isə 5-cidir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024