Mobil versiya
"Uşaqlarıma Ronaldunun adını çəkməyi qadağan etmişəm"
Tarix: 17-12-2016 | Saat: 17:36
Bölmə:İdman | çapa göndər

"Uşaqlarıma Ronaldunun adını çəkməyi qadağan etmişəm"







"Vest Ham Yunayted" və Fransa millisinin futbolçusu Dimitri Payet maraqlı açıqlama verib.

Aia.Az goal.az-a istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçi Avropa çempionatının finalından sonra evdə Ronaldunun adını eşitmək istəmədiyini bildirib.

"Mən uşaqlarımın misalında futbolçuların təsirini müşahidə edirəm. Onların gözlərindən görürəm ki, bir neçə futbolçuya azarkeşlik edirlər. Onların jestləri, sözləri, qolları qeyd etmə tərzini təkrarlayırlar. Ronaldu və Messi xoşlarına gəlir. Amma AVRO-2016-dan sonra Ronaldunun adını çəkməyi onlara qadağan etmişəm".

Qeyd edək ki, AVRO-2016-nın finalında məhz Payetin müdaxiləsindən sonra zədələnən Ronaldu 2 dəfə cəhd etsə də, oyunu davam etdirə bilməmişdi.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024