Mobil versiya
"Biz "Real" deyilik və heç vaxt da onlar kimi olmayacağıq"
Tarix: 17-09-2016 | Saat: 17:16
Bölmə:İdman | çapa göndər

"Biz "Real" deyilik və heç vaxt da onlar kimi olmayacağıq"






"Yuventus" və İtaliya yığmasının müdafiəçisi Corco Kyellini maraqlı açıqlamaları ilə diqqət çəkib. Aia.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli müdafiəçi onlardan məhsuldar qələbələr gözləyən azarkeşlərə fəlsəfələrinin fərqli olduğunu dilə gətirib:

"Hamının fikrinə hörmət edirəm, amma "Yuventus" nə "Real Madrid", nə də Ronaldinyolu "Milan" kimi oynaya bilər. Onlar rəqiblərini 5:2, 6:2 hesabı ilə məğlub edə bilər, amma "Yuventus" belə komanda deyil. Biz 1:0, 2:0 qələbələri daha üstün hesab edirik. Təbii ki, bu, 3:0-dan imtina etmək anlamına gəlməməlidir, amma biz hesabda öndə olarkən qapımızı toxunulmaz saxlayan komandayıq. Biz "Real" deyilik və heç vaxt da onlar kimi olmayacağıq. Fəlsəfəmiz fərqlidir. Heç "Atletiko Madrid" matçlarını 5:0, 6:0 qazanaraq Avropanın zirvəsinə qalxmadı".

Qeyd edək ki, "Yuventus" 3 turdan sonra maksimum nəticə ilə turnir cədvəlinə başçılıq edir.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024