Mobil versiya
Avroliqanın cavab MATÇLARI
Tarix: 05-07-2016 | Saat: 21:34
Bölmə:İdman | çapa göndər

Avroliqanın cavab MATÇLARI






Bu gün Avropa Liqasında I təsnifat mərhələsinin ilk qalibləri müəyyənləşəcək.

Aia.Az apasport.az-a istinadən xəbər verir ki, bu mərhələnin cavab oyunlarına Maltada start veriləcək.

Azərbaycanlı FİFA hakimi Rəhim Həsənovun başçılıq etdiyi briqadanın idarə etdiyi qarşılaşmada "Birkirkara" "Şiroki Briyeq"i qəbul edəcək. Səfərdə qollu heç-heçəyə nail olan maltalılar daha güclü rəqibi büdrətməyə çalışacaq.

"Çixura" və "Sent Patriks" isə üstünlüyünü qorumaq əzmindədi. Hər iki komanda minimalhesablı qələbənin ardından cavab oyununda qənaətbəxş nəticəyə ümidlidi. Onlarla qarşılaşacaq "Zimbru" səfərdə, "Jeness" isə evdə məğlubiyyətin əvəzini çıxmalıdı.

Qeyd edək ki, mərhələnin digər 44 oyunu qarşıdakı iki gün ərzində keçiriləcək.

I təsnifat mərhələsi, cavab oyunları

5 iyul

"Birkirkara" (Malta) - "Şiroki Briyeq" (Bosniya və Herseqovina) - 1:0

Qol: Dimitrov, 29

İlk oyun - 1:1

"Çixura" (Gürcüstan) - "Zimbru" (Moldova) - 1:0

Qol: İvanişvili, 13

İlk oyun - 1:0

"Jeness" (Lüksemburq) - "Sent Patriks" (İrlandiya) - 0:0

İlk oyun - 0:1

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024