Mobil versiya
Gürcü azarkeşlər erməniləri döydülər
Tarix: 01-07-2016 | Saat: 21:04
Bölmə:İdman | çapa göndər

Gürcü azarkeşlər erməniləri döydülər






Dünən Gürcüstanın Qori şəhərində yerli "Dila" komandası futbol üzrə Avropa liqasının birinci təsnifat mərhələsində Ermənistanın "Şirak" klubuna 1:0 hesabı ilə qalib gəlib.

Oyundan sonra, əsasən, məktəb yaşlı onlarla gürcüstanlı azarkeş erməni fanatları daşıyan mikroavtobuslara hücum ediblər.

Məlumata görə, münaqişə hələ oyundan əvvəl stadionun yaxınlığında yerləşən kafedə başlayıbmış. Söz davasından sonra ara sakitləşib. Oyundan sonra isə erməniləri aparan mikroavtobuslar daşa basılıb. Erməni azarkeşlər avtobusları tərk ediblər və kütləvi dava başlayıb. Polis hadisə yerinə gəldikdən sonra hücum edən tərəf oranı tərk edib. Bir neçə erməni azarkeş izahat alınmaq üçün polis məntəqəsinə aparılıb.

Hücum edən tərəfdən bir nəfər saxlanılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024