Mobil versiya
“Neftçi”dən ikinci qol
Tarix: 30-06-2016 | Saat: 22:20
Bölmə:İdman | çapa göndər

“Neftçi”dən ikinci qol







Avropa Liqasında iştirak hüququ qazanan "Neftçi" bu gün ilk sınağına çıxıb.

Aia.Az apasport.az-a istinadən xəbər verir ki,"ağ-qaralar" I təsnifat mərhələsi çərçivəsində Maltanın "Baltsan" klubu ilə qarşılaşıb.

"Neftçi"nin əvvəlki əzəmətində olmadığı məlumdu. Ancaq rəqibin Malta təmsilçisi olması mərhələ adlamaq üçün zəmin yaradır. Üstəlik, komandalar arasında təcrübə baxımından böyük fərq var. Tarixində ikinci dəfədi Avropa arenasında iştirak hüququ əldə edən və 3-cü görüşünə hazırlaşan "Baltsan" ötən mövsüm debüt ilində "Jelezniçar"a boyun əymişdi - 0:2, 0:1.

Maltalılardan fərqli, "Neftçi" 16-cı dəfə Avrokubokda mübarizəyə qoşulacaq. Bu baxımdan rəqibi ilə müqayisədə böyük təcrübəyə malik paytaxt klubu səfər görüşündən qələbə ilə dönmək əzmindədi. Qollu heç-heçə də Vəli Qasımovun yetirmələri üçün yaxşı nəticə sayılar.

Avropa Liqası
I təsnifat mərhələsi, ilk oyunlar
30 iyun

"Baltsan" (Malta) - "Neftçi" (Azərbaycan) - 0:2
Qollar: Rəhman Hacıyev, 14, Ruslan Qurbanov, 83 (pen.)

Hakimlər: Yovan Kaludjeroviç, Daniel Deviç, Vladan Todoroviç, Mileta Skepanoviç (hamısı Monteneqro)
Paola. "Hibernians" stadionu

"Baltsan": 32. Yanyuşeviç, 8. Feneç, 9. Menvski, 10. Qrima, 11. Bezzina, 16. Brinkat, 17. Effionq, 18. Anderson Fransisko, 23. Serrano, 50. Oliviera, 86. Kalyeviç
Ehtiyat oyunçular: 1. Kassar, 4. Qrioli, 5. Samir Arab, 7. Misallef, 19. Zerafa, 20. Agius, 88. Kipriot

"Neftçi": 1. Kreşvan Santini, 3. Jayro, 7. Araz Abdullayev, 8. Elşən Abdullayev, 11. Ruslan Qurbanov, 13. Murad Ağayev, 17. Rəhman Hacıyev, 22. Vançe Şikov, 27. Məqsəd İsayev, 30. Dario Melnyak, 80. Edson Kastilyo
Ehtiyat oyunçular: 66.Kamran İbrahimov, 4.Rahil Məmmədov, 10.Cavid İmamverdiyev, 19.Fəhmin Muradbəyli, 26.Kamal Qurbanov, 41.Ömər Buludov, 95.Elvin Bədəlov



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024