Mobil versiya
"Qalatasaray" "Yuventus"un futbolçusunu transfer edir
Tarix: 25-06-2016 | Saat: 09:27
Bölmə:İdman | çapa göndər

"Qalatasaray" "Yuventus"un futbolçusunu transfer edir





"Qalatasaray" heyətini "Yuventus"un müdafiəçisi Martin Kasereslə gücləndirə bilər.

Aai.Az apasport.az-a istinadən xəbər verir ki, uruqvaylı futbolçu meneceri tərəfindən "cim-bom"a təklif edilib.

Belə ki, Fernando Musleranın komandada gələcək taleyi haqda danışmaq üçün İstanbula gedən menecer Daniel Fonseka "Qalatasaray" rəhbərliyinə digər müştərisi - Kaseresi tərifləyib. Türklər futbolçunun hazırkı durumunu izləmək üçün skaut qrupu ayırmağa qərar veriblər.

"Aslan" Kaseresi komandadan ayrılacağı gözlənilən Aurelien Şedjunun yerinə gətirməyi planlaşdırır.

Qeyd edək ki, karyerası ərzində "Barselona" və "Sevilya" kimi klubların da formasını geyinmiş Kaseres "Yuventus"da A seriyasının son mövsümündə 6 oyunda iştirak edib. O, 2007-ci ildə debüt etdiyi Uruqvay yığmasında isə 68 matçda 3 dəfə fərqlənib.

Aia.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024