Mobil versiya
İslandların baş məşqçisi uğurdan danışdı
Tarix: 15-06-2016 | Saat: 11:57
Bölmə:İdman | çapa göndər

İslandların baş məşqçisi uğurdan danışdı






"Biz "Avro-2016"da ilk oyunumuzu keçirdik, ilk xalımızı qazandıq. Bu, İslandiya futbolu üçün növbəti böyük nailiyyətdir. Bundan sonra macarlarla oyunda hətta bir heç-heçə belə bizi "pley-off"a yaxınlaşdıracaq".

Aia.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri İslandiya millisinin baş məşqçisi Xeymir Xadlqrimsson Portuqaliya ilə oyundan (1:1) sonra deyib.

O bildirib ki, Portuqaliya kimi komandaya qarşı oynamaq çətindir: "Onlar turnirin ən güclü komandalarından biridir. Böyük ehtimalla da yarışda hələ xeyli irəli gedəcəklər. Biz əla müdafiə olunduq. Bir-iki vəziyyəti çıxmaqla oyuna nəzarəti itirmədik. Kimisə fərqləndirmək istəmirəm. Uğuru bütün komanda qazandı. Bilirdik ki, portuqaliyalılara qarşı uzun ötürmələrlə oynamaq lazımdır. Birinci hissədə topu çox tez itirirdik. Fasilədə bununla bağlı futbolçulara göstəriş oldu. Biz ikinci hissədə daha ağıllı oynadıq və istədiyimiz xalı qazandıq".


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024