Mobil versiya
Albaniya qədər də olmadıq
Tarix: 13-06-2016 | Saat: 10:49
Bölmə:İdman | çapa göndər



Fransada keçirilən Avro-2016 çempionatında Albaniya millisi İsveçrəyə 0-1 minimal hesabla məğlub oldu. Albaniyanın Avro 2016-ya vəsiqə qazanaraq qrupa düşməsi Azərbaycan futbolçularını düşündürsə pis olmazdı. Bir məsələyə diqqət yetirilməlidir, Avropanın ən kasıb ölkələrindən sayılan Albaniyadan fərqli ayda 95 min avro alan keçmiş məşqçi Berti Foqsdan və uzun müddət bizdəki şəraiti görməyən Prosineçkinin rəhbəri olduğu milli yığmamız yerində sayır. Hətta cırtdan ölkələri də uda bilmir.

Bu yaxınlarda Avstriyada təlim məşq toplantısında olan millimiz bunu sübut etdi. Onda sual olunur bu qədər pulun tökülməsi, stadionların tikilməsi nəyə lazımdır? Albaniya yığmasının bəzi futbolçuları-Admir Teli, Ansi Aqolli Azərbaycan yığmasında oynayır. Albaniyanın bizdən fəqli heç düz-əməlli stadionuda yoxdur. Foqs millimizə gələndə, futbolsevərlər elə düşünürdülər ki, foks göstərib, sehirli çubuqla yığmamızı ağ günə çıxardacaq. Amma 2 gün Bakıda 2 ay Albaniyada vaxtını keçirən Foqs üçün komandanın udub- uduzmasının heç bir fərqli anlamı yox idi.

Xorvatiyaya 6-0 rüsvayçılığından sonra Prosineçki gəlir və vədlər verir. Albaniya kasıb ölkə komandası kimi bir daha sübut edir ki, hər şeyi pul həll etmir, iradə və kollektiv oyun həll edir. Albaniyanın baş məşqçisi Foqs kimi 95 min avro alsaydı Albaniya dünya çempionatına vəsiqə qazanar, hələ üstəlik mərhələ də adlayardı. Biz isə hələdə yerimizdə sayırıq və saymaqda davam edirik.

Şirxanlı Rövşən



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024