Mobil versiya
"Əgər Formula-1-dən imtina etsək, bizi 100 milyon cərimələyərlər" - VİDEO
Tarix: 13-06-2016 | Saat: 10:21
Bölmə:İdman | çapa göndər



""Formula 1 tərəfindən tərtib edilən müqavilədə nəzərdə tutulub ki, 5 il biz bu yarışı keçirməliyik. Əgər hansısa bir ildən sonra bu yarışı keçirməkdən imtina etsək 100 milyon dollaradək cərimələnə bilərik".

Aia.az xəbər verir ki, bu sözləri ANS TV-nin "Hesabat" verilişində Gənclər və İdman naziri Azad Rəhimov deyib.

Artıq yarışlara baxmaq üçün 2 milyondan çox biletin satıldığını söyləyən nazir biletlərin 70%-nin yerli əhali, 30%-nin isə xarici vətəndaşlar tərəfindən alındığını bildirib.

Çəkilən xərclərə toxunan Azad Rəhimov yarışlara sərf edilən üzvlük haqqının kommersiya sirri olduğunu, yalnız "Formula 1" rəhbərliyinin bu rəqəmləri açıqlayacağı təqdirdə söyləmək iqtidarında olduğunu qeyd edib. Onun sözlərinə görə, bu günə qədər asfalt örtüyünü dəyişilməsinə ölkəmiz 12 milyon manat sərf edib. "Formula 1"in əməliyyat şirkətinin büdcəsinin isə 100 milyon manatı aşmayacaq.

Azad Rəhimov ölkəmizdə insanların "Formula 1" yarışlarına münasibətindən danışarkən bildirib ki, bu, spesifik idman növüdür: "Onun xüsusi azarkeşləri var. Bu yarışları izləmək üçün bütün dünyanı gəzirlər. Azərbaycanda isə əksinə çox az adam tapılar ki, bu idman növü ilə dərindən tanış olmuş olsun. Bu mədəniyyət ölkəmizdə sıfırdan yaranmalıdır. Bu idman növü opera-balet kimi bir şeydir - ya sevirsən, ya da sevmirsən".




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024