Mobil versiya
Kikboksçumuz Hollandiyada qalib oldu - FOTO
Tarix: 29-05-2016 | Saat: 12:53
Bölmə:İdman | çapa göndər

Kikboksçumuz Hollandiyada qalib oldu - FOTO





Azərbaycanlı kikboksçu Xəyal Əhmədov (81 kq) mayın 28-də Hollandiyanın Eindhoven şəhərində keçirilən K-1 versiyası üzrə beynəlxalq turnirdə uğurlu qələbə qazanıb.

Aia.az xəbər verir ki, beynəlxalq turnirin təşkilatçısı "A1 World Combat Cup"dır. İdmançımız polyak əsilli kikboksçu üzərinə parlaq qələbə qazanıb. Xəyal Əhmədov bildirib ki, həmin gün onun üçün məsuliyyətli gün idi.

"Hamımız bilirik ki, 28 May xalqımız üçün önəmli gündür. Qələbə həyəcanı ilə döyüşürdüm. Qələbəmi Respublika Gününə həsr edirəm. Vətənimlə qürur duyuram. Bu gün hər bir idmançı bilir ki,onun arxasında güclü Azərbaycan dövləti var. Ölkə rəhbərliyi idmana öz dəstəyini daima göstərir. Şəxsən AKF prezidenti, millət vəkili Adil Əliyevə və ölkə mediasına, bütün dostlarıma öz dərin təşəkkürümü bildirirəm ki, öz mənəvi dəstəklərini əsirgəmədilər".

Qeyd edək ki, X.Əhmədov Azərbaycan Kikboksinq Federasiyasının yığma komandasının üzvü, peşəkar kikboksçudur.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024