Mobil versiya
Yaşıl meydanda daha bir ölüm
Tarix: 23-05-2016 | Saat: 11:49
Bölmə:İdman | çapa göndər




Argentina futbolunda faciə baş verib.
Aia.az apasport.az-a istinadən xəbər verir ki, aşağı liqa matçında ölüm hadisəsi baş verib.

Regional Liqada "San Xorxe" ilə "Defensores Kolon" arasında baş tutan qarşılaşmada birincilərin oyunçusu Mikael Favre bədbəxt hadisə ilə üzləşib. Belə ki, görüşün gedişində ayağı sürüşən Favrenin başı rəqib oyunçunun dizinə dəyib. Sifətinə daha bir zərbə alan 24 yaşlı argentinalı huşunu itirib və dərhal xəstəxanaya aparılıb. Lakin həkimlər Favreni xilas edə bilməyiblər.

Hadisədə günahkar bilinən "Defensores Kolon" iki oyunçusu dindirilmək üçün polis bölməsinə aparılıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024