Mobil versiya
Qurban Qurbanov:"Futbolçularımda arxayınlıq görmədim"
Tarix: 07-05-2016 | Saat: 21:39
Bölmə:İdman | çapa göndər

Qurban Qurbanov:"Futbolçularımda arxayınlıq görmədim"







"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqanın 33-cü turunda "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra mətbuat konfransı keçirib.

Aia.Az qol.az-a istinadən xəbər verir ki, oyun haqda fikirlərini bildirən təcrübəli mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.

- Qələbə seriyamızı sona qədər davam etdirmək istəyirik. Ola bilər ki, oyunumuz istədiyimiz kimi alınmadı. "Sumqayıt" yaxşı futbol sərgilədi, oyuna yaxşı hazırlaşdıqları hiss olunurdu. Çox qol vurmaq istəsək də, rəqib buna imkan vermədi. Futbolçularımda çempionluqdan sonra arxayınlıq görmədim. Komandamı qələbə münasibəti ilə təbrik edirəm. Çalışacağıq ki, bu ritmi sona qədər qoruyub saxlayaq.

- "Qarabağ" növbəti mövsümdən sırf iki hücumçu ilə futbol oynaya bilərmi?

-Bu gün "Atletiko" da iki hücumçu ilə oynayır. Amma oyununu müdafiədən qurur. Düşünürəm ki, buna ehtiyac yoxdur. Ola bilər ki, hər hansı oyunda 2 hücumçu ilə meydana çıxa bilərik. Bəzən rəqibin müdafiə xəttində 4 futbolçu olur.

- Kubokun finalının hansı stadionda keçirilməsinə razısınız?

- Kubok fərqli turnirdir. "Neftçi" yaxşı rəqibdir. Onların finalda olması bizim üçün siqnaldır. Bizə görə vacib olan meydançanın yaxşı vəziyyətdə olmasıdır. PFL hansı qərarı qəbul etsə, hörmətlə yanaşacağıq.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024