Mobil versiya
İngilislər bərabərliyə, ispanlar penaltilərə sevindilər
Tarix: 16-03-2016 | Saat: 11:49
Bölmə:İdman / Aia TV / Karusel | çapa göndər


Çempionlar Liqasında daha iki 1/4 finalçının adına aydınlıq gəlib.

Aia.az apasport.az-a istinadən bildirir ki, "Atletiko" "PSV Eyndhoven"ni, "Mançester Siti" isə Kiyev "Dinamo"sunu qəbul edib.

Madrid təmsilçisi Hollandiyada qolsuz bərabərə qaldığı rəqibini bu dəfə "Visente Kalderon"da qonaq edib. Bu oyunda da normal vaxtda hesab açılmayıb. 30 dəqiqəlik əlavə vaxtda da qol olmayınca, 1/4 finala kimin adlayacağı penalti zərbələri ilə bəlli olub. Burda da qalibi müəyyən etmək üçün azarkeşlər xeyli gözləməli olublar. İlk 7 zərbəni hər iki komanda dəqiq yerinə yetirsə də, topa yaxınlaşan 8-ci PSV-li Narsinq dirəyi nişan alıb. "Atletiko"lu Xuanfran isə ələ düşən fürsətdən maksimum yararlanaraq, komandasını qalib edib. Beləliklə, bu seriyada daha dəqiq oynayan ispanlar növbəti mərhələyə adlayan tərəf olub.

Səfərdə 3 qollu qələbə qazanan "Mançester Siti" öz meydanında "Dinamo"ya revanş verməyib. Kiyevlilər 90 dəqiqə ərzində bir neçə şansdan istifadə edə bilməyib və İngiltərədən boynubükük dönüb.

Çempionlar Liqası

1/8 final mərhələsi, cavab oyunları

15 mart


"Atletiko" (İspaniya) - "PSV Eyndhoven" (Hollandiya) - 0:0 (əlavə vaxtda)

Oyunsonrası penalti seriyası: 8:7

Hakimlər: Mark Klattenburq, Simon Bek, Cek Kollin, Styuart Burt

Əlavə köməkçi hakimlər: Antoni Teylor, Andre Marriner (hamısı İngiltərə)

Madrid, "Visente Kalderon" stadionu

İlk oyun - 0:0

"Atletiko": Oblak, Qodin, Felipe Luis, Xuanfran, Koke, Fernandes, Qabi, Saul Niquez, Qrizmann, Karrasko, Ximenes

PSV: Zoet, İsimat-Mirin, Moreno, Arias, Bruma, Villems, De Yonq, Pröpper, Kuardado, Van Ginkel, Lukadiya

"Mançester Siti" (İngiltərə) - "Dinamo" (Kiyev, Ukrayna) - 0:0

Hakimlər: Ovidiu Hateqan, Oktavian Şovre, Sebastyan George, Radu Ginquleç

Əlavə köməkçi hakimlər: Aleksandru Tudor, Sebastyan Koltesku (hamısı Rumıniya)

Mançester şəhər stadionu

İlk oyun - 3:1

"Mançester Siti": Hart, Klişi, Sabaleta, Otamendi, Kompani, Fernando, Xesus Navas, Silva, Fernandinyo, Ture, Aquero

"Dinamo": Şovkovski, Miqel Veloso, Draqoviç, Antunes, Qusev, Vida, Kaçeridi, Qarmaş, Buyalski, Yarmolenko, Teodorçik



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə