Mobil versiya
Almeyda və Pedro “Qarabağ”a qayıda bilər
Tarix: 20-12-2018 | Saat: 10:50
Bölmə:İdman | çapa göndər

Almeyda və Pedro “Qarabağ”a qayıda bilər


"Astana"nın futbolçuları Riçard Almeyda və Pedro Enrike "Qarabağ"a qayıda bilər.

aia.az Qol.az-a istinadən xəbər verir ki, Ağdam klubu hər iki oyunçu ilə danışıqlar aparır. Bildirilib ki, "Qarabağ" Avroliqadakı uğursuz çıxışdan sonra öz əvvəlki liderlərini komandaya qaytarmaq istəyir. Reynaldonun dönüşünün ardından "Qarabağ"ın Almeydanı transfer etmək ehtimalının daha çox olduğu vurğulanıb. Artıq millimizin yarımmüdafiəçinin müqavilə imzalamaq üçün Bakıya uçmağa hazırlaşdığı iddia olunub. Oyunçunun "Astana" ilə müqaviləsi qüvvədə olduğundan bu keçidin Qazaxıstan klubunun qərarından çox şey asılı olacağı yazılıb.

Müqavilə ilə PAOK-ə məxsus olan Pedro Enrikenin də icarə əsasında oynadığı "Astana"da qalmaq fikrinin olmadığı bildirilib. Qazaxıstan klubundakı uğurlu çıxışını nəzərə alan Yunanıstan təmsilçisi onu qaytarmaq barədə də düşünür.Pedronun ya PAOK, ya da "Qarabağ"a keçə biləcəyini iddia olunub.

Əlavə edək ki, "Astana"da maliyyə problemlərinin olması, bu səbəbdən klubun Almeyda və Pedro da daxil olmaqla futbolçularına borcunun yaranması haqda Qazaxıstan mətbuatında məlumat yayılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024