Mobil versiya
Azərbaycan Qran Prisi mövsümün ən yaxşı yarışlarından biri seçilib
Tarix: 05-12-2018 | Saat: 16:43
Bölmə:İdman | çapa göndər

Azərbaycan Qran Prisi mövsümün ən yaxşı yarışlarından biri seçilib




Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) böyük məmnuniyyətlə ölkə ictimaiyyətinin diqqətinə çatdırır ki, 2018-ci ildə Bakıda baş tutmuş Formula 1 yarışı İngiltərənin məşhur “The Times” və “The Guardian” nəşrləri kimi dünyanın aparıcı kütləvi informasiya vasitələri tərəfindən “2018-ci ilin ən yaxşı yarışı” adlandırılıb.



Modern.az xəbər verir ki, televiziya auditoriyasında da builki Azərbaycan Qran Prisi bir çox yarışlardan üstün olub. Azərbaycan Qran Prisini dünya üzrə bütün həftəsonu yarışları daxil olmaqla 83 milyon insan izləyib.

Formula 1 yarışlarının təşkilatçısı “Formula One Management” şirkətinin statistik rəqəmlərinə əsasən izləyicilərin 76%-i Bakı yarışından zövq alıb. Bu da mövsümün ümumi göstərici səviyyəsindən (70%) yuxarı olmaqla Bakı trasının reytinqdə 5-ci yeri tutduğunu göstərir. Bakı Şəhər Halqasından irəlidə yalnız Böyük Britaniya (90%), Avstriya (85%), Braziliya (81%) və Meksikadır (79%).

“Viasat” kommunikasiya şirkətinin Skandinaviya ölkələrinin tamaşaçıları arasında apardığı ictimai sorğuya əsasən Azərbaycan Qran Prisi, ABŞ və Çin Qran Prilərindən sonra 3-cü yeri tutub.

Rəqəmsal platformalarda ortalama göstərici 3,3 milyon unikal istifadəçi olduğu halda, Azərbaycan Qran Prisini 4,1 milyon unikal istifadəçi izləyib.Bu isə Avstraliya Qran Prisindən sonra mövsümün ikinci ən böyük göstəricisidir.

Məşhur nəşrlər öz məqalələrində bu ilki Azərbaycan Qran Prisini, “Red Bull” komandasının hər iki pilotunun iştirakı ilə qəza, həlledici dairədə bolidin təkərinin deşilməsi və bununla da Valtteri Bottasın qalibiyyətini itirməsi və digər həyəcanlı anlarla təsvir ediblər.



İlin yarışı:

https://www.theguardian.com/sport/2018/nov/26/f1-2018-season-awards-lewis-hamilton-charles-leclerc-fernando-alonso

https://www.vavel.com/en/motorsports/2018/11/29/formula-1/958088-formula-one-season-review-2018.html

https://www.planetf1.com/news/five-best-races-of-the-2018-season/

https://www.thetimes.co.uk/article/f1-season-awards-the-best-driver-worst-loss-and-biggest-shock-fkzvhvgw8

https://sport360.com/article/motorsport/formula-one/311172/lewis-hamilton-and-max-verstappen-among-winners-in-our-end-of-season-f1-awards



Mövsümün möhtəşəm anlarıdan biri:

https://edition.cnn.com/2018/11/27/motorsport/formula-one-2018-lewis-hamilton-sebastian-vettel-charles-leclerc-spt-intl/index.html

https://matchtv.ru/autosport/formula-1/matchtvnews_NI930798_Hemilton__pilot_goda_Kak_by_ne_tak

https://news.sportbox.ru/Vidy_sporta/Avtosport/Formula_1/spbnews_NI930764_Hemilton__pilot_goda_Kak_by_ne_tak



“Çox şadıq ki, Azərbaycan Qran Prisi artıq ardıcıl ikinci dəfə dünya mediasında dramatik hadisələr və gərginliklə dolu yarış kimi qeyd olunur. “The Times”, “The Guardian”, “Metro” kimi nəşrlər öz məqalələrində bizim yarışın ən yaxşı olduğunu qeyd ediblər.

Bundan başqa, ötən yarışda həm yerli, həm də beynəlxalq tamaşaçıların yarışa göstərdiyi maraqda böyük artım qeydə alınıb və Formula 1 Azərbaycan Qran Pri yarışı baxış saylarında da əksər ölkələri qabaqlayıb. Artıq belə bir müsbət tendensiyanın yaranması bizi çox sevindirir və bunu qoruyub saxlamaq üçün indi bütünlüklə hazırlıq işlərinə köklənmişik. Əminik ki, 2019 Formula 1 Azərbaycan Qran Prisi trekdə və trekdən kənardakı möhtəşəm məqamları ilə bütün avtoidman həvəskarlarına əvvəlkilərdən daha artıq həyəcanlı anlar bəxş edəcək”, deyə BŞH-nın Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bildirib.

Bilet satışının statiskasına görə 2018 Formula 1 Azərbaycan Qran Prisində 94 min tamaşaçı iştirak edib. Formula 1-in ən sürətli şəhər halqasında baş tutan ötən ilki yarışla müqayisədə bu il ümumi tamaşaçı iştirakında 31%, bilet satışında isə 21% artım qeydə alınıb.

Satılan biletlərin 77%-i yerli azarkeşlərin payına düşür. Yarışı izləmək üçün Bakıya gələn əcnəbi azarkeşlərin sayı isə ötən illə müqayisədə 31% artıb və ümumi bilet satışının təxminən dörddə biri əcnəbi tamaşaçıların payına düşür.

Qeyd edək ki, Bakıda növbəti Formula 1 yarışı 26-28 aprel tarixlərində baş tutacaq. Hazırda 4 günlük biletlərdə məhdud sayda nəzərdə tutulmuş 20%-lik endirim təklifi davam edir və 1 yanvar 2019-cu il tarixinə qədər qüvvədə qalacaq. Sırf yerli sakinlərə əlavə 25 %-lik endirim də tətbiq olunur.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə