Mobil versiya
“Çelsi”inin yeni baş məşqçisi məlum oldu
Tarix: 18-12-2015 | Saat: 11:08
Bölmə:İdman / Aia TV / Karusel | çapa göndər


Joze Mourinyonun istefasından sonra “Çelsi”nin baş məşqçisiz günləri çox çəkməyəcək.Aia.az Apasport.az saytınına istinadən məlumatına görə, komandanın vakant postu Quus Hiddinqə tapşırılıb.

Onunla mövsümün sonuna kimi müqavilə imzalanıb. İngilis həmkarlarımız iddia edir ki, Hiddinq artıq sabahdan yeni iş yerində ilk məşqinə çıxacaq və “Sanderlend”lə oyunda komandasının başında olacaq. Digər bir məlumatda isə bildirilir ki, hollandiyalı mütəxəssisə bu postda “zadəganlar”ın keçmiş futbolçusu Didiye Droqba kömək edəcək.

Qeyd edək ki, 69 yaşlı mütəxəssis daha əvvəl 2008/2009 mövsümündə də londonluların baş məşqçisi olub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024