Mobil versiya
Qurban Qurbanov: "Arsenal"ın sürətinin qarşısını almaq üçün əlimizdən gələni edəcəyik
Tarix: 03-10-2018 | Saat: 14:57
Bölmə:İdman | çapa göndər

Qurban Qurbanov: "Arsenal"ın sürətinin qarşısını almaq üçün əlimizdən gələni edəcəyik


"Arsenal"ın sürətinin qarşısını almaq üçün əlimizdən gələni edəcəyik.

Trend-in məlumatına görə, bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turunda Bakıda "Arsenal”a qarşı keçirəcəkləri oyun öncəsi mətbuat konfransında deyib.

Q.Qurbanov sabah bəlkə də dünyanın ən güclü çempionatının komandasına qarşı oynayacaqlarını bildirib: "Ən yaxşı baş məşqçilər də İngiltərə Premyer Liqasında işləyir. Əlavə nəsə deməyə ehtiyac yoxdur".

Baş məşqçi yetirmələrinin oyuna ciddi hazırlaşdığını vurğulayıb: "Sabah hamımızı yaxşı oyun gözləyir. Sona kimi mübarizə aparmaq və yaxşı oyun göstərmək istəyirik.
Sabah rəqibə qarşı mübarizədə diqqətli olmalıyıq. Rəqibin sürətinin qarşısını almaq üçün əlimizdən gələni edəcəyik".

O əlavə edib ki, belə klubların Azərbaycana gəlməsi "Qarabağ" üçün böyük təcrübə, futbolun sevilməsi üçün şansdır: "Azarkeşlər bu cür oyunlara maraq göstəririrlər. Hər belə matçdan sonra fanatlarımızın sayı 1000-2000 artsa, əla olar. Amma hər şeyə real baxmaq lazımdır. Bundan əvvəl də belə böyük klublara qarşı oynamışıq, uğurlarımız da olub. Sabah azarkeşlərimizi tək nəticə yox, oyunumuzla da razı salmaq istəyirik. Əsas məqsədimiz budur".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024