Mobil versiya
Ronaldu zorlamada ittiham olunur
Tarix: 28-09-2018 | Saat: 17:05
Bölmə:İdman | çapa göndər

Ronaldu zorlamada ittiham olunur


Portuqaliyalı forvard tanınmış futbolçu Kriştiano Ronalduya qarşı ittiham irəli sürülüb.



Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Ronaldu amerikalı Ketrin Mayorqu təcavüz etməkdə ittiham olunur.



Almaniyanın nüfuzlu "Spiegel" nəşrinə görə təcavüz hadisəsi 2009-cu ildə ABŞ-da Las-Veqasda baş verib.

Qadın Ronaldunun ona susması üçün 375 min dollar ödədiyini bildirib.



34 yaşlı Mayorqun 9 illik dəhşətli hadisəni ilk dəfə mətbuata danışdığı qeyd edilir.

Məlumata görə məbləğ müqabilində qadın heç kimə ittiham barədə danışmamaq və bütün sübutları məhv etmək haqda razılığa gəlib.



Qeyd edək ki, Mayorqun bu bəyanatından sonra Ronaldunun vəkilləri apelyasiya məhkəməsinə müraciət ediblər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024