Mobil versiya
Çempionlar Liqasında daha 3 klub qrup mərhələsinə adladı
Tarix: 29-08-2018 | Saat: 10:07
Bölmə:İdman | çapa göndər

Çempionlar Liqasında daha 3 klub qrup mərhələsinə adladı


Ötən gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab görüşlərinə start verilib.

aia.az-ın məlumatına görə, ilk oyun günündə 3 qarşılaşma keçirilib.
AEK öz meydanında "Videoton”u qəbul edib. İlk görüşdə səfərdə qələbə qazanan Yunanıstan klubu bu dəfə heç-heçə sayəsində ÇL-in qrup mərhələsin yüksəlib.

Zaqreb "Dinamo”su doğma divarlar arasında "Yanq Boyz”la üz-üzə gəlib. İsveçrədə keçirilən ilk görüşdə tərəflər 1:1-lik bərabərliyə razılaşıblar. Xorvatlar matça qolla başlasalar da, 2-ci hissədə2 qol vuean "Yanq Boyz" qalib glib.

Kiyev "Dinamo”su isə "Ayaks”la qarşılaşıb. 90 dəqiqə ərzində qapılara qol vurulmayıb.

Bu gün daha 3 oyun keçiriləcək.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, cavab oyunları

28 avqust

AEK (Yunanıstan)- "Videoton” (Macarıstan)1:1
Qollar:Mantalos, 48-pen (1:0), Nego, 57 (1:1)
İlk oyun- 2:1

"Dinamo” (Zaqreb, Xorvatiya) -"Yanq Boyz” (İsveçrə) 1:2
Qollar:Hajroviç, 7 (1:0), Hoarau, 64-pen (1:1); 66 (1:2)
İlk oyun -1:1

"Dinamo” (Kiyev, Ukrayna) -"Ayaks” (Hollandiya) 0:0
İlk oyun- 1:3

29 avqust

23:00. PAOK (Yunanıstan) - "Benfika” (Portuqaliya)
İlk oyun - 1:1

23:00. PSV (Hollandiya) - BATE (Belarus)
İlk oyun - 3:2

23:00. "Zalsburq” (Avstriya) - "Srvena Zvezda” (Serbiya)
İlk oyun - 0:0

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024