Mobil versiya
"Hələ çox işimiz var" - yığmamızın baş məşqçisi
Tarix: 08-05-2018 | Saat: 17:12
Bölmə:İdman | çapa göndər

"Hələ çox işimiz var" - yığmamızın baş məşqçisi


"Komandamı qələbə münasibəti ilə təbrik edirəm. Dünənki ağır oyundan sonra futbolçularımın xarakter nümayiş etdirdiyinin şahidi oldum".

Qol.az-ın məlumatına görə, bu sözləri 19 yaşadək futbolçulardan ibarət yığma komandamızın baş məşqçisi Vüqar Məmməd Slovakiyada təşkil edilən beynəlxalq turnirdə Uels millisini 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib. Gənc mütəxəssis qələbəni belə şərh edib:

"Həm ötən oyunda, həm də bu qarşılaşmada futbolçuların hamısına şans verdik. Heyətdəki oyunçuların hər birinə güvənirəm. Amma hələ çox işimiz var, dayanmadan çalışmalıyıq. Bir daha təkrar edirəm, ustalıq səviyyəmizi artırmalıyıq. Bunu yalnız belə güclü rəqiblərlə qarşılaşaraq edə bilərik".

Qeyd edək ki, yığmamız turnirdə keçirdiyi ilk oyunda Macarıstana 0:1 hesabı ilə uduzmuşdu. Komandamız son görüşündə mayın 10-da Slovakiya ilə üz-üzə gələcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024