Mobil versiya
Fövqəladə Hallar Nazirliyinin əməkdaşı üç qat dünya mükafatçısı oldu
Tarix: 01-05-2018 | Saat: 11:32
Bölmə:İdman | çapa göndər

Fövqəladə Hallar Nazirliyinin əməkdaşı üç qat dünya mükafatçısı oldu


Dövlət başçısının idmana göstərdiyi diqqət və qayğı nəticəsində ölkəmizin idmançıları son illər bütün növ yarışlarda yüksək səviyyədə iştirak edərək möhtəşəm uğurlara imza atırlar.



Modern.az xəbər verir ki, bu imzalar içərisində Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının da adları var. Onlardan biri də Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Rüstəm İlham oğlu Müslümovdur. O, bu il mart ayının 13-də keçirilən Şərq Döyüş Növləri Federasiyaları Şurasının, Gənclər və İdman Nazirliyinin razılığı və təşkilatcılıqı ilə "Kempo" döyüş növü üzrə 8 – ci ənənəvi Azərbaycan çempionatında 80 kiloqram çəki dərəcəsində yarışa qatılmış və bütün görüşləri qələbə ilə başa vuraraq iki qat Azərbaycan çempionu olmuşdur.



Rüstəm Müslümov 2018-ci il aprel ayının 15-də respublikamızda baş tutan beynəlxalq grappling team turnirinin də qalibi olmuş və Macarıstanın Budapeşt şəhərində "Kempo" əlbəyaxa döyüş növləri üzrə 15-ci Dünya cempionatına vəsiqə qazanmışdı. Aprel ayının 28-də dünyanın 67- dən artıq ölkəsinin idmançılarının qatıldığı bu yarışda ölkəmizi layiqincə təmsil edən Rüstəm Müslümov Dünya ikincisi olmaqla gümüş medal qazanmışdır. Bununla da Rüstəm Müslümov üç qat dünya mükafatçısı olmuşdur .

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024