Mobil versiya
13 rəqəmi əbədiləşdirildi
Tarix: 06-03-2018 | Saat: 16:05
Bölmə:İdman | çapa göndər

13 rəqəmi əbədiləşdirildi


"Fiorentina" 2 gün öncə dünyasını dəyişən Davide Astori ilə bağlı növbəti təqdirəlayiq addım atıb.

aia.az-ın klubun rəsmi saytına istinadən yaydığı məlumata görə, 31 yaşlı futbolçunun forma nömrəsi əbədiləşdirilib. Bu isə o deməkdir ki, artıq 13 rəqəmi "Fiorentina" klubunda heç bir oyunçuya verilməyəcək.

Astorinin sabiq klubu olan "Kalyari" də "Fiorentina"nın yolu ilə gedib.
Qeyd edək ki, İtaliya millisinin də üzvü olan Astori martın 5-də "Fiorentina"nın qaldığı otelin otağında ölü tapılmışdı. Onun infarkt keçirdiyi bildirilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024