Şəhriyar Məmmədyarov beynəlxalq turnirin İKİNCİSİ OLDU
Tarix: 5-03-2018, 09:14 | Saat: 15:47:00
Bölmə:İdman | çapa göndər

Şəhriyar Məmmədyarov beynəlxalq turnirin İKİNCİSİ OLDU


Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rusiyanın paytaxtı Moskvada Mixail Talın xatirəsinə keçirilən sürətli şahmat turnirində ikinci yeri tutub.

aia.az xəbər verir ki, bugünkü qarşılaşmalarda 33 yaşlı qrossmeyster qara fiqurlarla israilli Boris Gelfand və rusiyalı Yan Nepomnyaşi ilə heç-heçə etsə də, ağ fiqurlarla digər rusiyalı Daniel Dubova uduzub.

Nəticədə Sergey Karyakin (Rusiya) və Hikaru Nakamura (ABŞ) ilə birgə hərəyə 5 xal toplayan Məmmədyarov yalnız hindistanlı keçmiş dünya çempionu Vişvanatan Ananddan geri qalıb. Anand 6 xalla turnirin qalibi olub.

Qeyd edək ki, martın 5-də 13 turdan ibarət blits turnir keçiriləcək. Martın 10-da isə Şəhriyar Məmmədyarov Almaniyanın paytaxtı Berlində start götürəcək İddiaçılar Turnirinə qatılacaq. (report.az)

aia.az



5281 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
18-07-2018
17-07-2018
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031