Mobil versiya
"Azərbaycan kubokunun finalına hazırıq" - Fariz Nəcəfov
Tarix: 22-02-2018 | Saat: 17:18
Bölmə:İdman | çapa göndər

"Azərbaycan kubokunun finalına hazırıq" - Fariz Nəcəfov



“Qəbələ” futbol klubunun vitse-prezidenti Fariz Nəcəfovun müsahibəsi

- AFFA İntizam Komitəsinin "Qəbələ" klubuna qarşı tətbiq etdiyi cəzalarla əlaqədar apellyasiya şikayəti verəcəksiniz?

- Qərar artıq qəbul edilib. Ümumi olaraq, futbolçularımızın hansı meyarlara əsasən, cəzalandırıldıqları barədə bizə məlumat verilib. Apellyasiya şikayəti olmayacaq. İntizam Komitəsinin 2 oyunluq diskvalifikasiya etdiyi Cavid Hüseynovla Qismət Alıyev isə klub daxilində də cəzalanacaqlar. Lakin cəza elə də ağır olmayacaq.

- Kapitan Cavid Hüseynovun futbolçuları aralamaq əvəzinə özünün də davada iştirakını necə dəyərləndirirsiniz?

- Davada iştirak edən oyunçuların sayı çox idi. Gördüyüm epizodlarda Cavid heç kimə əl qaldırmayıb, digər futbolçuları isə sakitləşdirməyə çalışıb. İstənilən halda, hər hansı futbolçunun dava etməsi xoşagələn hal deyil. Komitənin baxdığı kadrları görməmişəm.

- Bu mövsüm "Qəbələ" çempionluq yox, kuboku qazansa, bu, klubunuzu qane edəcəkmi və baş məşqçi Roman Qriqorçukla müqavilə hansı halda uzadıla bilər?

- Həm çempionluq, həm də kubok yarışında sona kimi mübarizə aparacağıq. Nəticənin necə olması isə baş məşqçi ilə müqavilə müddətinin artırılıb-artırılmamasına təsir etməyəcək.

- Premyer Liqada lider "Qarabağ"dan 6 xal geridəsiniz. Bu baxımdan, düşünmürsünüz ki, tarixdə ilk titulunuz Azərbaycan kuboku ola bilər?

- Təbii ki, kuboku da qazanmaq istəyirik. Lakin biz hələ yarımfinaldayıq. Öncə "Neftçi" ilə oyunlar barədə düşünməliyik. Final barədə isə mərhələ adladıqdan sonra fikirləşərik.

- Kubokun finalının Qəbələdə olacağı dəqiqdir?

- Bu sualı cavablandıra bilmərəm. Final matçını Peşəkar Futbol Liqası təşkil edir. Daha dolğun məlumatı onlar verə bilərlər.

- Bəs təşkilati baxımdan necə?

- Təşkilati baxımdan hazırda hər hansı problem görmürəm (report.az).

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024