AFFA Sehiçi 3 oyunluq cəzalandırdı
Tarix: 22-11-2017, 12:27 | Saat: 15:47:00
Bölmə:İdman | çapa göndər

AFFA Sehiçi 3 oyunluq cəzalandırdı



AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Trend-in məlumatına görə, iclasda Premyer Liqanın 12-ci turunun oyunları ilə bağlı bir sıra qərarlar qəbul olunub.

Belə ki, noyabrın 17-də Premyer Liqanın XII turunun “Qarabağ” – “Sumqayıt” matçında “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 30-ci dəqiqəsində “Qarabağ” klubunun 13 №-li futbolçusu İbrahim Sehiç aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb, klub 2400 manat cərimə olunub.

“Kəpəz” – “Səbail” matçında “Kəpəz” və “Səbail” klublarının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığları üçün hər iki klub 800 manat cərimə olunub. Oyunun 5-ci dəqiqəsində “Kəpəz” klubunun 3 №-li futbolçusu Dedimar Ferreir aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb, klub 2400 manat cərimə olunub.

aia.az



527 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
16-12-2017
15-12-2017
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031