Mobil versiya
"Qarabağ" Olimpiya Stadionunda - Premyer Liqada ilk dəfə
Tarix: 13-11-2017 | Saat: 17:13
Bölmə:İdman | çapa göndər

"Qarabağ" Olimpiya Stadionunda - Premyer Liqada ilk dəfə




"Qarabağ” Topaz Premyer Liqada bu mövsüm Bakı Olimpiya Stadionunda (BOS) ilk oyununu keçirəcək.

Qol.az-ın xəbərinə görə, Ağdam təmsilçisi 12-ci turda "Sumqayıt”ı məhz ölkəmizin ən böyük idman arenasıda qəbul edəcək. "Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Qol.az-a açıqlamasında məlumatı təsdiqləyib.

Oyunun saat 18.30-da başlanacağı gözlənilir.

Qeyd edək ki, noyabrın 22-də isə "Qarabağ” Çempionlar Liqasının qrup oyunu çərçivəsində Olimpiya Stadionunda İngiltərənin "Çelsi” komandası ilə görüşəcək. Ağdam klubunun bu matç ərəfəsində meydançaya uyğunlaşaq üçün "Sumqayıt”la oyunu BOS-da keçirəcəyi güman edilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024