Mobil versiya
"Azarkeşlər üçün problem olmayacaq"- "Qarabağ"dan açıqlama
Tarix: 18-10-2017 | Saat: 15:42
Bölmə:İdman | çapa göndər

"Azarkeşlər üçün problem olmayacaq"- "Qarabağ"dan açıqlama


"Atletiko" ilə oyuna 40 minə yaxın bilet satılıb (söhbət dünən axşam olub). İnsanların rahat bilet alması üçün stadionun önündə də kassalar qoyulacaq. Rahatlıq olacaq. Əvvəl bilet satışı şəhərin müxtəlif nöqtələrində idi. İndi stadionun önündə də bilet satılır. Ümumilikdə, stadionun tutumu qədər - 67500 bilet satışa çıxarılıb”.

Bu sözləri Qol.az-a açıqlamasında “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan ibrahimov deyib.

Bu gün keçiriləcək “Qarabağ” - “Atletiko” oyununa bilet satışı barədə məlumat verən klub rəsmisi digər təşkilati məsələlərə də toxunub:

“Ötən oyundakı yağışa görə insanlarda narahatlıq yaranmışdı ki, hava soyuq olacaq. Amma bu dəfə hava şəraitinin yaxşı olacağını deyiblər. Bundan başqa, bu dəfə ictimai parkinq açıq olacaq. Müəyyən sayda azarkeş öz maşınlarını park edə biləcəklər. Bununla bağlı problem olmayacaq. Həm də bir şey var ki, biz “Atletiko” ilə oynayırıq. Hər dəfə bu cür komanda ilə, xüsusilə də Çempionlar Liqasında, oynamaq olmur. Belə bir oyun, belə bir şans hər dəqiqə ələ düşməz. Ona görə də oyun saatına kimi azarkeş sayının artacağını ehtimal edirik”.

Nurlan İbrahimovun sözlərinə görə, “Atletiko” bu oyun üçün azarkeş gətirməyib: “Son ana qədər gözlədik. Sonda dedilər ki, azarkeş gətirməyəcəyik. Bu səbəbdən rəqib tərəfdarlar üçün nəzərdə tutulan sektorlara da bilet satışı həyata keçiriləcək”.

Sonda isə Nurlan İbrahimov “Atletiko” ilə oyunda azarkeşlər üçün hər hansı sürpriz nəzərdə tutulmadığını deyib: “Xeyr, belə bir şey olmayacaq. Stadion tam dolmadığı üçün xüsusi bir şey nəzərdə tutulmayıb”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024