Mobil versiya
“Çelsi” ilə oyunda meydanda ağladım” – “Qarabağ”ın Geryesi
Tarix: 10-10-2017 | Saat: 19:00
Bölmə:İdman | çapa göndər

“Çelsi” ilə oyunda meydanda ağladım” – “Qarabağ”ın Geryesi


“Stemford Bridj”də “Çelsi”yə qarşı oyun zamanı diktorun stadionda adımı çəkməsini heç vaxt unutmayacağam. Etiraf edirəm ki, həmin vaxt həyəcanlandığımdan meydanda ağladım”.

Qol.az-ım Haiti mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Donald Gerye bildirib. Ölkəsinin mətbuatına danışan futbolçu qeyd edib ki,bu matçda iştirak etməklə Çempionlar Liqasında oynayan ilk haitili futbolçu olub.

Onun sözlərinə görə, “Qarabağ” istənilən komandaya layiqli müqavimət göstərməyə qadirdir: “Əgər biz nə vaxtsa “Real” və “Barselona” ilə oynamaq istəyiriksə, onda əvvəlcə “Çelsi”ylə oynamağı bacarmalıyıq. Böyük hesabla uduzsaq da, komandada əhval-ruhiyyə yüksək səviyyədə qalmaqdadır. Biz bütün rəqiblərimizə hörmətlə yanaşırıq. Növbəti matçlarda uğur qazanmaq üçün öz oyunumuzu sərgiləməyə çalışacağıq. Biz qrupda daha yaxşı edərək özümüz barədə xoş təəssürat yaratmaq istəyirik”.

O, millisinin Yaponiya ilə yoxlama oyununa dəvət almasına da toxunub: “Bu matç digər beynəlxalq oyunlar kimi mənim üçün önəmlidir. Çünki Haitidəki aclığa, çoxlu problemə baxmayaraq, mən ölkəmi beynəlxalq arenada təmsil edə bilirəm. Hər dəfə milli qələbə qazananda bu, həmin insanlara az da olsa sevinc bəxş edir”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024