Mobil versiya
"Bütün rəqiblərə qəddar gözlə baxırıq" - "Roma"nın baş məşqçisi
Tarix: 26-09-2017 | Saat: 22:07
Bölmə:İdman / Karusel | çapa göndər

"Bütün rəqiblərə qəddar gözlə baxırıq" - "Roma"nın baş məşqçisi







"Oyunçuların hamısını oynatmağa çalışırıq. Hər biri bizim üçün dəyərlidir"

Aia.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Roma"nın baş məşqçisi Eysebio Di Françesko Çempionlar Liqasının qrup mərhələsində sabah "Qarabağ"la keçiriləcək oyun üçün təşkil olunan mətbuat konfransında deyib.

- Hər bir rəqibə qarşı xüsusi heyət buraxırsınız?

- Heyətimizdə olan bütün futbolçuların xidmətindən yararlanmağa çalışırıq. Ancaq futbolçuları meydana rəqibə uyğun buraxmırıq. Ən hazırlıqlı olan oyunçular start heyətinə çıxmaq şansı qazanır. "Qarabağ"ın qrupadək necə irəliləməsindən xəbərim var. Onlara böyük hörmətim var.

- Əl Şəravi zədədən tez qurtuldu. Onu əvəzləyə biləcək oyunçu varmı?

- Biz də sevinirik ki, Əl Şəravi sıraya tez döndü. Əvəzləyiciyə gəlincə, Perottinin adını çəkə bilərəm.

- İtaliya klublarının Çempionlar Liqasında uğur əldə etmək üçün hazır olmamaları fikri ilə razısınız?


- Xeyr. Ölkəmizin İspaniya, İngiltərə, Almaniya klublarına qarşı qələbələri olub.

- "Roma"nı qarşıda çətin oyunlar gözləyir. "Qarabağ"la matçda heyət qurarkən bunu nəzərə alacaqsınız?

- Bəli, qarşıda bizi çətin oyunlar gözləyir. Ancaq siyasətimiz belədi ki, bütün rəqiblərə eyni - qəddar gözlə baxırıq və hər bir oyundan maksimal nəticə əldə etmək istəyirik. Bakıya qələbə arxasınca gəlmişik və heç bir güzəştdən söhbət gedə bilməz.

- "Roma"nın icraçı direktoru Roberto Qandini bildirib ki, Mahir Mədətovu izləyəcəklər. Nə vaxtdan "Qarabağ"ın hücumçusu maraq dairənizdədi?

- Çox maraqlı oyunçudu. Uzaq məsafədən zərbələri ilə seçilir. Ancaq bizim əsas məqsədimiz Bakıdan qələbəylə dönməkdi. Həm də "Qarabağ"ın sıralarında daha bir neçə futbolçu var ki, Mədətovdan da güclüdü və onları da iş başında görmək bizə maraqlı olacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024