“Bu, mənə çox pis təsir edir” - Qurbanov
Tarix: 8-09-2017, 23:51 | Saat: 15:47:00
Bölmə:İdman, Karusel | çapa göndər

“Bu, mənə çox pis təsir edir” - Qurbanov









Məlum olduğu kimi, UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ” ilk oyununu sentyabrın 12-də Londonda “Çelsi”yə qarşı keçirəcək. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda artıq dünəndən tam heyətlə bu oyun üçün məşqlərə başlayıb.

Aia.az “Qarabağ”ın “Azərsun Arena”nın köməkçi meydançasında baş tutan məşqində iştirak edib. Futbolçuların oyuna hazırlığını izləməklə yanaşı, baş məşqçi Qurban Qurbanovla da danışdıq. Mütəxəssis suallarımıza cavab verməklə yanaşı qrupda düşdüyü komandalarla oyunlar haqqında da fikirlərini bölüşüb:

“Belə bir turnirin qrup mərhələsində iştirak edərkən həyəcanın olması normaldır. Təkcə, rəqiblərimizin adına görə yox, ÇL-də olmağımıza görə bunu normal qarşılayıram. Avropa Liqası ilə müqayisə etsək, futbolçuların yanaşmasında daha əzəmətli turnirə hazırlaşdıqları hiss olunur. Hər matçda daha dəqiq oynamağa çalışacağıq”.

Baş məşqçi qeyd edib ki, yerli azarkeşlər qarşısında məğlub olmaq ona çox pis təsir edir.

aia.az



577 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
23-11-2017
22-11-2017
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930