Mobil versiya
“Geyimim qara rəngdə olduğuna görə...” - Qurban Qurbanov
Tarix: 16-08-2017 | Saat: 09:01
Bölmə:İdman / Karusel | çapa göndər

“Geyimim qara rəngdə olduğuna görə...” - Qurban Qurbanov







“Qarabağ” Çempionlar Liqası pley-off mərhələsi çərçivəsində doğma meydanda Danimarkanın “Kopenhagen”klubunu qəbul edib.

Aia.az xəbər verir ki, qarşılaşma Ağdam təmsilçisinin 1-0 hesablı qələbəsiylə başa çatıb.

Matçdan sonra təşkil edilən mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

-Bu gün futbolçularla azarkeşlər alqışa layiq idilər. Azarkeşlərimiz möhtəşəm idi. Hər birinə təşəkkür edirəm. Çox ağır komandadı. Həddən artıq güc sərf etdik. Futbolçular dəqiq, səhvsiz oynadılar. Hər şey pis bitmədi. Bu qələbə hələ heç nə deyil. Səfərdə bizi bundan da ağır oyun gözləyir. “Kopenhagen” öz meydanında yaxşı oyun göstərir. Rəqibin gücünə tam bələd olduq. Cavab oyununda da diqqətli, səhvsiz oynamağa çalışacağıq.

- Cəmi 1 əvəzetmə oldu. Bunun səbəbi nə idi?

- Hər şey yaxşı idi. Oyunun gedişatı göstərdi ki, əvəzetməyə ehtiyac yoxdu.

- Rəqibin baş məşqçisi "Qarabağ"ı favorit sayır. Bununla razısız?

- "Kopenhagen" "Vardar"a da 0-1 hesabı ilə uduzmuşdu. Amma hesaba gəlincə, bizim üçün üstünlükdü. Buna baxmayaraq şanslar 50/50-yədir.

- Rəqibin heyətində ucaboylu futbolçular var. Cavab oyununda bu futbolçulara qarşı planlarınız olacaq?

- Diqqqətli olmağa çalışacağıq. Əlimizdə olan futbolçulardan istifadə edirik. Boy cəhətdən futbolçularımız rəqibə uduzur. Ən düzgün olanı edəcəyik.

- Rəqibin oyununu canlı izlədikdən sonra hansısa görmədiyiniz məqamları gördüz?

- Hər şey gözlədiyimiz kimi oldu. Düşündüyümüzdən daha artığını gördük. "Kopenhagen"in gücü bundan da çoxdur.

- Hakimin idarəçiliyindən razı qaldız?

- Mən həmişə hakimlərin idarəçiliyindən razı qalmışam. Hakimlik ən çətin peşədir.

- İlk hissədə Şehiçə çox ötürmələr verilirdi. Sizin tapşırığınız idi, yoxsa rəqib imkan vermirdi?

- Buna hazırlaşmışdıq. İki hücumçu ilə oynayırdılar. Ona görə də təzyiq göstərirdilər. Qapıçıya ötürmələrin olması normaldı. Bu bizim üçün vacib element idi.

- Dinonun durumu necədir? Premyer Liqanın növbəti turunda oynadacaqsız?

- Durumu ciddi deyil. Amma lazım olsa, istirahət verəcəyik.

- Komandanızda ən ucaboy futbolçulardan biri Donalddır. Amma o standart vəziyyətlərdə topun arxasında olur. Bunun səbəbi nədir?

- Donaldın boyu 180 sm-dir. Onun ötürmələri təhlükəlidir. Ona görə də Donalda tapşırmışdıq.

- Skandinaviya komandalarının qəniminə çevrilmisiz. Bunun səbəbi nədir?

- Bunun xüsusi səbəbi yoxdur. Bütün rəqiblərə qarşı oynamağa hazır olmalıyıq.

- Futbolçularda arxayınlıq yarana bilər. "Slovan"la oyunlar futbolçular üçün təcrübə ola bilər?

- Bizim üçün hər oyun bir təcrübədir. İldən ilə komandanın təcrübəsi artır. Sadəcə Çempionlar Liqasının bu mərhələsində üçün təcrübəmiz azdı.

- Çempionlar Liqası himnini eşitmək sizin üçün hansı hissər yaratdı?

- Himni eşidəndə duyğulandım. Bu gün tam hiss etdik ki, Çempionlar Liqasındayıq. Şad oldum ki, azərbaycanlılar bunu duydular. Bütün azarkeşlər təcrübə topladılar və oyundan həzz aldılar.

- Oyunun sonunda ehtiyat oyunçular skamyasında əyləşən futbolçuların geyimini geydiz. Bunun səbəbi nədir?

- Sevmədiyim bir şeydir o geyimdən istifadə etmək. 4-cü hakimin tapşırığı ilə onu geydim. Bunu geyimimin qara rəngdə olması ilə əsaslandırdı.

- Olimpiya stadionunda oynamaq haqda düşünürsüz?

- Hər komandanın öz stadionu var. Respublika stadionuna öyrəşmişik. Hazırda yalnız cavab matçını düşünürük.

- Cavab oyunu üçün penaltilərə hazırlaşacaqsız?

- Futbolçuları o psixologiya ilə hazırlamaq istəmirəm. Penaltilərə hazırlaşmayacağıq.

- Yeni transferlər gözlənilir?

- Futbolçularla danışıqlar gedir. Amma hələ dəqiq bir şey yoxdur.

- Cavab oyununadək Premyer Liqada oyununuz var. Təqvimin sıxılığı problem yaratmayacaq?

- Xeyr. Bu bizə mane olmayacaq. Futbolçular belə təqvimə öyrəşiblər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024