Mobil versiya
“Qarabağ düyünü” meydanda açıldı - Yeni tarix
Tarix: 02-08-2017 | Saat: 14:35
Bölmə:İdman | çapa göndər

“Qarabağ düyünü” meydanda açıldı - Yeni tarix








“Qarabağ” Çempionlar Liqasında III təsnifat mərhələsində səfərdə Moldovanın “Şerif” klubu ilə qarşılaşır.

Aia.az xəbər verir ki, Bakıda 0-0 bitən matçın revanşında “Qarabağ” qələbə qazanaraq və ya qollu bərabərlik edərək növbəti mərhələyə yüksəlmək niyyətindədir.

Əgər “Qarabağ” mərhələ adlasa ən pis halda Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edəcək. Belə ki, növbəti raundda məğlubiyyət Avropa Liqasının, qələbə isə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə verir.

***

İsraildən olan baş hakim Roy Reynşreyberin start fiti ilə matç başladı.

***

Oyunun ilk 20 dəqiqəsində qapılar qarşısında ciddi təhlükə yaranmayıb. Buna baxmayaraq topla oynamada "Qarabağ"ın üstünlüyü müşahidə edilir.

***

20-ci dəqiqədən sonra fəallıq nümayiş etdirən "Şerif" komandamızın qapısı qarşısında ardıcıl qol epizodları yaradıb. "Şerif" Raku və Brezoviçlə qola yaxın olub. Lakin, Şehiç "Qarabağ"ı xilas edə bilib.

Bu dəqiqələrdə "Qarabağ"ın oyunçuları rəqibi kobudluqla dayandıra bilir. Artıq Donald Gerye sarı vərəqə ilə cəzalandırılıb.

***

İlk hissənin son saniyələrində Ndlovu fərqlənir. "Qarabağ" hesabda önə keçdi və ilk hissə başa çatdı.

***

İkinci hissə başladı.

***

İkinci hissəyə "Şerif" daha aktiv başlayıb. Hesabı bərabərləşdirmək istəyən ev sahibi "Qarabağ"ın qapısı qarşısında təhlükəli vəziyyətlər yaratmağa davam edir. 57-ci dəqiqədə Şehiç vaxtı uzatdığı üçün sarı vərəqə ilə cəzalandırılıb.

60-cı dəqiqədə Qurban Qurbanov daha bir əvəzetmə edib. Əks hücumlarda təhlükə yaratmaq istəyən "Qarabağ"ın heyətində Əfran İsmayılov meydana daxil olub. O, Mahir Mədətovu əvəzləyib.

***

86-cı dəqiqədə Miçel "Qarabağ"ın ikinci qoluna imza atıb.

***

Görüşün son saniyələrində"Şerif" penaltidən hesab arasındakı fərqi azaldıb. Badiibanqa fərqlənib.

Bu qoldan sonra hakimi final fitini çalıb. Beləliklə, səfərdə 2-1 hesablı qələbə qazanan “Qarabağ” pley-off mərhələsinə yüksəlib.

Bu, “Qarabağ” üçün tarixi fürsətdir. Bu vaxta qədər 3 dəfə təsnifat mərhələsinin 3-cü turunda mübarizəni dayandıran təmsilçimiz, nəhayət ki, "tilsimi" qıra bilib.

Xatırladaq ki, 3-cü turda “Zalsburq”, “Seltik” və “Viktoriya” sədlərinə ilişdikdən sonra mübarizəni Avropa Liqasında davam etdirmişdi.

“Şerif” (Moldova) – “Qarabağ” (Azərbaycan) - 1:2

Qollar: Badibanqa, 90+4 (pen.) - Ndlovu, 45+3, Miçel, 86

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024