Mobil versiya
"Adam nankor olmaz, Rəsul!"
Tarix: 31-07-2017 | Saat: 12:15
Bölmə:İdman | çapa göndər

"Adam nankor olmaz, Rəsul!"








"Neftçi İdman Klubu" "cocuq" vaxtlarından bu günlərə kimi hər ay sənə müntəzəm olaraq maaş verib.
AIa.Az bildirir ki, Azərbaycan Cüdo Federasiyasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu, Rəsul Çunayevlə bağlı Facebook hesabında öz fikrini bildirib:

"Rəsul Çunayev yalan danışır. Güləşçi 10 ildən çoxdur ki, çörəyini yediyi "Neftçi İdman Klubu" haqqında mətbuata yalan açıqlama verib. Guya ki, ona vəd edilən mükafat verilməyib və güləşçi klubu tərk edib. Əslində isə belə deyil. Hər ay "Neftçi"dən 2 min manat əməkhaqqı alan Rəsul başqa klubdan bunun ikiqat artığını alacağını əsas gətirərək, öz xahişi ilə klubdan ayrılıb. Bu gün isə çıxıb brifinq edərək, klub haqqında yalan danışır. 15 ay haradan pul ala bilmədiyin barədə nəsə deyə bilmərəm, amma "Neftçi İdman Klubu" "cocuq" vaxtlarından bu günlərə kimi hər ay sənə müntəzəm olaraq maaş verib. Adam nankor olmaz, Rəsul!"

Qeyd edək ki, Elnur Əşrəfoğlunun cüdo federasiyanı təmsil etməsinə baxmayaraq güləşlə bağlı xəbərə fikir bildirməsi heç də təəccüblü deyil. Çünki o, Sadıq Sadıqovun "Neftçi"nin futbol klubunda prezident vəzifəsində olduğu vaxtlarda komandanın mətbuat katibi və prezident müşaviri vəzifəsində çalışıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024