Mobil versiya
"Poqba topla rəftarına görə Messi və Ronaldodan geri qalmır"
Tarix: 28-07-2017 | Saat: 10:10
Bölmə:İdman | çapa göndər

"Poqba topla rəftarına görə Messi və Ronaldodan geri qalmır"






"Manchester United" Amerika turnesini məğlubiyyətlə başa vurub. "Qırmızı şeytanlar" Beynəlxalq Çempionlar Kubokunun son oyununda "Barcelona" klubuna minimal hesabla uduzub. Aia.az xəbər verir ki, matçdan sonra komandanın baş məşqçisi Joze Mourinyo bunları deyib:

"Komandamı "Real" və ya "Barcelona" ilə müqayisə etmək istəyirsinizsə, futbolçuların səviyyəsini nəzərdən keçirin. Mən Premyer Liqa klubları ilə müqayisə olunmağa üstünlük verirəm. Hazırda dünyanın ulduzları bu iki klubda toplaşıb. Bu reallığı qəbul etmək lazımdır. Mövsümöncəsi hazırlıq dövründə onlarla üzərimizdə təzyiq olmadan oynamaq, bacarığımızı göstərmək yaxşı oldu. "Barcelona"da yalnız Pike ehtiyatda idi. "Real"da Ronaldo və Ramosdan başqa hamı oynayırdı.

Messi və Neymardan bir dənə var. Həmçinin başqa Suarez, İniesta, Pike, Ronaldo, Beyl, Modric, Toni Kroos da yoxdur. Bu futbolçular öz klublarına məxsusdur, bizdə oynamırlar. Komandanı, oyunçuları taktiki baxımdan gücləndirmək üçün gərgin çalışa bilərsən. Amma bəzi futbolçular xüsusidir. Oyunlar zamanı keyfiyyət fərqini taktiki gedişlərlə aradan qaldırmağa cəhd etmək olar. Futbol komanda oyunudur. Buna baxmayaraq fərdlər də möhtəşəmdir. Düzülüş, yığcam oyun və taktiki sxem barədə çox danışa bilərik. Futbolda əsas məsələ topla rəftar olaraq qalır. Texniki zonada mən hətta rəqibin topla gözəl davranışını da qeyd edirəm. Bu gün Poqba göstərdi ki, bu baxımdan Messi, Ronaldo, Neymar, Kroos və Modricdən geri qalmır

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024