Mobil versiya
Neymar PSG ilə danışıqlar aparacaq
Tarix: 18-07-2017 | Saat: 17:14
Bölmə:İdman / Aia TV | çapa göndər

Neymar PSG ilə danışıqlar aparacaq










"Barcelona"nın hücumçusu Neymar PSG ilə danışıqlar aparmaq istəyir. Goal.az "As" nəşrinə istinadən xəbər verir ki, bu həftə futbolçunun atası Paris klubunun prezidenti Naser Əl-Xəlaifi ilə görüşəcək. "Barcelona" Marko Verrattini transfer etməyə çalışsa da, PSG katalonlara ümid yeri qoymur. Neymarla danışqlar uğurla başa çatsa, italyan yarımmüdafiəçinin İspaniya nəhənginə gəlməsi də asanlaşa bilər. PSG braziliyalı ulduza görə 222 milyon avro ödəməyə hazırdır. "Sport" nəşrinin yaydığı məlumata əsasən Neymarın yaxın ətrafı da onun klubunu dəyişməsi və Messinin kölgəsindən çıxmasını istəyir. Parislilər ötən yay da "sambaçı"nı transfer etməyə cəhd göstərmişdi. Həmin vaxt 24 yaşlı forvard üçün 190 milyon avro təklif olunmuşdu.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024