Mobil versiya
"Heç vaxt deməmişəm ki, “Real”dan ayrılmaq istəyirəm”
Tarix: 04-07-2017 | Saat: 10:47
Bölmə:İdman / Karusel | çapa göndər

"Heç vaxt deməmişəm ki, “Real”dan ayrılmaq istəyirəm”



Kriştianu Ronaldu"Real" prezidenti Florentino Pereslə telefon əlaqəsi yaradıb.

32 yaşlı forvard klub rəhbəri ilə gələcək taleyi haqqında danışıb.
O, Peresə "Real"da qalmaq istədiyini deyib: "Dostlarımla şam yeməyində mən, sadəcə, vergilərlə bağlı olan problemə görə təəssüfləndiyimi bildirdim. Mənimlə cinayətkar kimi davranılmasından xoşlanmıram. Halbuki, İngiltərədə olduğu kimi İspaniyada da hər zaman üzərimə düşəni etmişəm. Heç vaxt deməmişəm ki, "Real"dan ayrılmaq istəyirəm".

Qeyd edək ki, bir müddət əvvəl portuqaliyalı ulduzun Madrid klubundan ayrılmaq istədiyi iddia edilmiş, meneceri Mino Rayolada bu xəbərləri təsdiqləmişdi.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024