Mobil versiya
“Yuventus” 12-ci dəfə İtaliya Kubokuna yiyələnib
Tarix: 18-05-2017 | Saat: 10:45
Bölmə:İdman | çapa göndər

“Yuventus” 12-ci dəfə İtaliya Kubokuna yiyələnib



"Yuventus” futbol komandası tarixində 12-ci dəfə İtaliya Kubokuna sahib olub.

AİA.az Report-a istinadən xəbər verir ki, Turin klubu Romadakı "Olimpiko” stadionunda keçirilən final matçında "Latsio”nu 2:0 hesabı ilə məğlub edib. Qolları 12-ci dəqiqədə Dani Alveş, 24-cü dəqiqədə isə Leonardo Bonuççi vurub.

Bu, "Yuventus”un ardıcıl 3-cü ölkə kuboku olub. Əvvəllər isə Turin klubu 1937/1938, 1941/1942, 1958/1959, 1959/1960, 1964/1965, 1978/1979, 1982/1983, 1989/1990, 1994/1995 mövsümlərində bu mükafata yiyələnib.

Qeyd edək ki, "Yuventus” İtaliya çempionatında 85 xalla liderdir. Üstəlik, bu komanda iyunun 3-də Çempionlar Liqasının finalında İspaniya "Real Madrid”i ilə üz-üzə gələcək.


AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024