Mobil versiya
"Hər idmançıya qazandığı medala görə pul veriləcək" - Nazir
Tarix: 17-05-2017 | Saat: 11:52
Bölmə:İdman / Manşet | çapa göndər

"Hər idmançıya qazandığı medala görə pul veriləcək" - Nazir



"Bu gün İslam Oyunlarının 5-ci günüdür. Millimiz 41 qızıl olmaqla 81 medal qazanıb. Sevindirici hal budur ki, 26 ölkə medal qazanıb. Ümumilikdə isə 400-dən çox medal qazanılıb. Birinci və ikinci yerdə Türkiyə və Azərbaycan milliləri qərarlaşır. Hazırda boksçularımızdan 7-si yarımfinaldadır"
Bunu gənclər və idman naziri Azad Rəhimov İslam Oyunları ilə bağlı bu gün keçirilən tədbirdə deyib.

Nazir bildirib ki, bu gün İslam Oyunlarında hamımızın sevdiyi yunan-roma güləşi üzrə yarışlar başlayır.

"Yarışlar bütün dünyada işıqlandırılır. İtaliyada da yarışlara dair məlumatlar yayılıb. Bu sevindirici haldır".

Olimpiya Oyunlarının ölkəmizdə keçirilməsinə gəlincə, A.Rəhimov deyib: "Bu suala mən cavab verə bilmərəm. Bu sifarişi Milli Olimpiya Komitəsi formalaşdırır. Biz dərin təhlillər apardıq və dərin təhlil nəticəsində 2024-cü il üçün Olimpiya Oyunlarına namizədliyimizi irəli sürməmək barədə qərar verdik. 2028-ci ildə Olimpiya oyunlarının keçirilməsinə dair ölkənin namizədliyinin irəli sürülməsi barədə danışmaq isə hələlik tezdir".

Nazir, həmçinin əlavə edib ki, İslam Oyunlarında hər bir idmançıya qazandığı medala görə mükafat veriləcək.

"Şaiyələr gəzir ki, bir medaldan artıq qazanan idmançılara yalnız bir medalın mükafatı veriləcək. Bunlar hamısı şaiyədir. Bununla bağlı ölkə başçısının konkret qərarı var. Bu sərəncamı heç bir şaiyə dəyişə bilməz"


Nazir komanda şəklində medal qazanan idmançıların mükafatı barədə danışarkən qeyd edib ki, mükafatlar idmançıların hər birinə ayrı-ayrılıqda deyil, komanda hesabına köçürüləcək.

İslam Oyunlarının bağlanış mərasimindən danışan Azad Rəhimov vurğulayıb ki, mərasimə heç bir xarici müğənni dəvət olunmayacaq: "Bu, bir növ müsiqi festivalını xatırladacaq".

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə