Mobil versiya
Moratadan Zidana etiraz
Tarix: 17-05-2017 | Saat: 11:46
Bölmə:İdman | çapa göndər

Moratadan Zidana etiraz



"Real"ın hücumçusu Alvaro Morata La Liqanın 37-ci turunda "Sevilya"ya qarşı keçirilən oyunda əvəzlənməsindən narazı qalıb.

Morata meydanı tərk edərkən "Kral klubu"nun baş məşqçisi Zinəddin Zidan əlini ona tərəf uzadıb. Lakin Alvaro fransız mütəxəssisin əlini sıxmaqdan imtina edib.
Cari mövsümdə Morata cəmi 14 dəfə "Real"ın start heyətində yer alıb. Buna baxmayaraq, o, 15 qol vurmaqla Ronaldudan sonra komandasının La Liqadakı ikinci ən yaxşı bombardiridir.

Qeyd edək ki, daha əvvəl KİV-də Moratanın "Real"dakı durumundan narazı olduğu və bu səbəbdən də karyerasını "Milan", "Arsenal" və ya "Çelsi"də davam etdirə biləcəyi barədə xəbərlər yayılıb.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024