Mobil versiya
Azərbaycan İslam dünyasında liderdir...
Tarix: 16-05-2017 | Saat: 18:30
Bölmə:İdman | çapa göndər

Azərbaycan İslam dünyasında liderdir...



Artıq beş gündür ki, Bakıda keçirilən IV İslam Həmrəylik Oyunları davam edir.

Qısa müddət keçməsinə baxmayaraq ölkəmiz kifayət qədər ciddi qalibiyyətlər əldə edib. Ölkə başçısı İlham Əliyevin idman sahəsinə olan qayğısı məlumdur. Məhz bunun nəticəsidir ki, Bakı-2017-də Azərbaycan medallarının sayı 70-ə çatıb.

Dövlətin bu cür uğurları özünü yalnız idman sahəsində biruzə vermir. Digər sahələr üzrə görülən tədbirlər, reallaşan işlər bunu deməyə imkan verir.

Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, deputat Ağacan Abiyev Modern.az-a açıqlamasında deyib ki, Bakıda keçirilən İslam Oyunlarının nəticələri ölkəmizin islam dövlətləri arasında lider olduğunu sübut edir:

“Azərbaycanda İslam Oyunlarından qabaq da möhtəşəm tədbirlər keçirilib. Bütün bunların fonunda deyə bilərik ki, ölkəmizin kifayət qədər uğurları var və davam edəcək. Biz təkcə idman sahəsində deyil, həm də mədəniyyət, incəsənət, iqtisadiyyat, kənd təsərrüfatı və bu kimi digər sahələrdə də özümüzü göstərməyi bacarmışıq.

Eyni zamanda düşüncə və davranış baxımından da digər ölkələrdən seçilirik. Yalnız İslam dövlətləri arasında deyil, o cümlədən dünyanın bir çox ölkələri arasında da liderliyi əldən vermirik. Dövlətimiz demək olar ki, bütün sahələrdə özünü göstərə bilib.

İlk növbədə mədəniyyət sahəsini vurğulamaq lazımdır. Bu sahənin inkişafının əsas göstəricisi keçirilən mədəni tədbirlərdir. İkinci, idman və daha sonra iqtisadiyyatımızı qeyd etməliyəm. Müəyyən dövrlərdə dünya ölkələri iqtisadi böhranın qurbanı olsa da, Azərbaycan bu mərhələnin öhdəsindən üzü açıq çıxıb. Ona görə də Azərbaycan hər sahədə liderlər sırasındadır”.

Deputatın sözlərinə görə Azərbaycanı digər dünya ölkələrindən fərqləndirən əsas cəhət mədəni tariximizdir:
ğ“Biz tariximizi yaddan çıxarmırıq və bu tarixi yaradanlara böyük hörmətimiz var. Neçə illər bundan öncə əsası qoyulan mədəni tariximiz ölkəmizin adını yüksəklərə qaldırmağa imkan verir. O cümlədən Heydər Əliyev Fondunun, birinci vitse prezidentimiz Mehriban Əliyevanın bu istiqamətdə gördüyü işlər sayəsində gözəl nəticələr əldə etmişik. Hesab edirəm ki, Azərbaycanda diqqətdən kənar qalan hər hansı sahə yoxdur”.

aia.AZ



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024